Kriminal 

Goranboyda adam öldürən polis zabitinin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda insident zamanı silahdan istifadə edən və qətl törədən polis əməkdaşı, polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 13-ə təyin edilib. Qeyd edək ki, hadisə ötən il iyul ayında Goranboy rayonu Goran qəsəbəsi yaxınlığında baş verib. Ərazidə xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb.…

Read More
Kriminal 

Keçmiş məhkum yenidən cinayət törətdi — Göyçayda QANLI CİNAYƏT

Göyçay şəhərində adam bıçaqlamaqda təqsirli bilinən Vasif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. İş üzrə hazırlıq iclası martın 5-də keçiriləcək. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib. Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ə.Nəcəfovu bıçaqlayaraq qaçan Göyçay şəhər sakini,…

Read More
Kriminal 

Bərdədə qadının qətli ilə bağlı YENİ XƏBƏR

Publika.az bir neçə gün öncə Bərdə rayonun Zümürxan kəndində öldürülən 1962-ci il təvəllüdlü Tahirə İbadovanın qətli ilə bağlı məlumatlar əldə edib. T.İbadovanın qardaşı bildirib ki, bacısının qətlində təqsirləndirilən 25 yaşlı qonşusu Cavid Rəncbərinin psixi problemləri var. Həmçinin o, içki aludəçisidir: “Qətli törədən vaxt da içkili olub. Bacımı niyə öldürdüyünü də bilmirik”. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanın başından vuraraq ona xəsarət yetirib, sonra isə boğaraq öldürüb.

Read More
Kriminal 

Oğuzda baş verən qətllə bağlı cinayət işi açıldı

Oğuz rayonunun Kərimli kəndi ərazisində münaqişə zəminində həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən Z.Məsimov tutulub. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, fevralın 28-də Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib. Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov tutulub. Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Read More
Kriminal 

Bakıda evli qadınla intim əlaqədə olan taksi sürücüsü öldürüldü

Bakıda baş vermiş dəhşətli qətlin şok təfərrüatı məlum olub. ARANTV.AZ oxu24.com-a istinadən xəbər verir ki, qətlə yetirilən taksi sürücüsü Aşur Nəsirovun intim əlaqədə olduğu qadın və qardaşı tərəfindən öldürüldüyü məlum olub. Məlum olub ki, taksi sürücüsü Aşur Nəsirov Solmaz Rəhimova adlı qadınla uzun müddət cinsi əlaqədə olub. Daha sonra Solmaz Rəhimova İlqar Muradov adlı kişi ilə ailə həyatı qurub. Bundan sonra Aşur Nəsirov ondan əl çəkməyərək intim əlaqədə olmasını tələb edib. Qadın bundan imtina etdiyi üçün Aşur onu şantaj etməyə başlayıb. Qonşusunun əlindən bezən qadın bu barədə qardaşına və ərinə məlumat verib. Taksi…

Read More
Kriminal 

Gecə yarısı evə girdi, əvvəlcə qızını, sonra anasını… – Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏ

Lənkəranda ana və qızını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əziz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, Əziz Əskərov Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində törətdiyi oğurluğa görə axtarışda olan dostu Niyaməddin Cəfərovun gizlənməsi üçün 17 iyun 2017-ci il tarixdə, saat 19 radələrində sonuncu ilə birgə Lənkəran rayonuna gəlib. Dostu ilə birlikdə Lənkərana qaçdı Onlar müvəqqəti olaraq Lənkəran rayonu, Üzümçülük qəsəbəsindəki kimsəsiz evdə yaşayıblar. Orada Əziz Əskərov yaşadığı müddətdə əvvəlcə özlərində olan pulu gündəlik şəkildə qidalanmalarına və digər ehtiyaclarının ödənilməsinə, habelə…

Read More
Kriminal 

Bərdədə qadının qətlinə görə qonşusu tutuldu

Bərdə rayonu Zümürxan kənd sakini 58 yaşlı Tahirə İbadovanın ölümündə şübhəli bilinən qonşusu 25 yaşlı Cavid Rəcəbli saxlanılıb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, cinayət hadisəsi 27 fevral saat 19:00 radələrində törədilib. Qadın yaşadığı evdə başından küt alətlə vurularaq öldürülüb. Mərhumun bədənində olan xəsarət izləri qətl zamanı kəsici-deşici alətlərdən istifadə olunduğu ehtimalını yaradır. Bəzi yerli kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə əsasən, ölüm hadisəsi ilə əlaqədar qadının həyat yoldaşı və kürəkəni saxlanılıb. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Qadının qətlə yetirilməsində Cavid Rəcəbli şübhəli bilinir. İlkin məlumata…

Read More
Kriminal 

Oğuzdakı qətlin təfərrüatı: Yonca toxumu üstündə qan töküldü

Oğuz rayonundakı qətl hadisəsinin təfərrüatı məlum olub. ARANTV.AZ-ın məlumatına görə, rayonun Kərimli kəndində baş verən qətl hadisəsi yonca toxumu üstündə baş verib. Belə ki, qətlə yetirilən 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev kənddə tingçiliklə məşğul olurmuş və kənd ərazisində ting satırmış. Qətl hadisəsini törədən Məsumov Zərgəm Məmməd oğlu isə bu gün səhər saatlarında həmin əraziyə bir kisə yonca bitkisinin toxumunu gətirərək satmaq istəyib. Z.Məsumov gətirdiyi yonca kisəsini E.Abdullayevin avtomobilinə söykəyib, bu isə E.Abdullayevin xoşuna gəlməyib. Tərəflər arasında mübahisə başlayıb və E.Abdullayev Z.Məsumovu söyüb. Z.Məsumov da evə gedərək, saxladığı of tüfəngini…

Read More
Kriminal 

Azərbaycanda daha bir dəhşətli cinayət: Qonşusunu güllələyib öldürdü

Oğuzda silahlı insident baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb. Güllələnən şəxs hadisə yerində ölüb. Öldürülən şəxsin 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev olması müəyyən edilib. O, qonşusu Məsumov Zərgəm Məmməd oğlu tərəfindən ov tüfəngi ilə güllələnib. İnsidentin təffərüatı hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir. APA

Read More
Kriminal 

Bərdədə qadının amansız qətli: “Övladları olmayıb, əsas problemləri…”

Bərdə rayonunda qadının amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub. ARANTV.AZ  xəbər verir ki, rayonun Zümürxan kəndində kənd sakini 1962-ci il təvəllüdlü İbadova Tahirə Tofiq qızı yaşadığı evin mətbəxində baş nahiyəsindən aldığı bir neçə zərbədən ölüb. Onun ölümündə həyat yoldaşı Vahid İbadov şübhəli bilinir. Zümürxan kənd bələdiyyəsinin sədri Qürbət Nuriyev Oxu.Az-a deyib ki, Vahid usta işləyib: “Tahirə ilə 10 ilə yaxındır ki, evlidir. Onların uşaqları olmayıb. Kasıblıqla yaşayırdılar. Əsas problemləri kasıblıq olub. Qadının səhhəti ilə bağlı bəzi problemləri vardı”. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Read More