Azərbaycanda daha bir dəhşətli cinayət: Qonşusunu güllələyib öldürdü
Oğuzda silahlı insident baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb.
Güllələnən şəxs hadisə yerində ölüb.
Öldürülən şəxsin 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev olması müəyyən edilib.
O, qonşusu Məsumov Zərgəm Məmməd oğlu tərəfindən ov tüfəngi ilə güllələnib.
İnsidentin təffərüatı hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir. APA

