Kriminal 

Goranboyda qətl törədən şəxs saxlanıldı

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulan 1999-cu il təvəllüdlü Faiq İsgəndərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. F.İsgəndərov fevralın 10-da saat 10:00 radələrində Qızılhacılı qəsəbəsində qətlə yetirilib. Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, qətlə yetirilən şəxsin qonşusu 1994-cü il təvəllüdlü Kamran Məmmədovdur. Əməliyyatçılar K.Məmmədovu hadisədən bir neçə saat sonra Gəncə şəhərində saxlayıblar. Məlum olub ki, F.İsgəndərov Rusiyada yaşayıb və tərəvəz bazarında işləyib. O, Goranboy rayonuna valideynlərinə baş çəkmək üçün gəlib. İlkin məlumata görə, iki gənc arasında məişət zəminində münaqişə baş…

Read More
Kriminal 

Bakı sakinindən 14 kq heroin götürüldü

Bakı sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb. “Report”un məlumatına görə, hadisə Xətai rayon ərazisində qeydə alınıb. Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü İ.Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 13,9 kq heroin və 1,3 kq metamfetamin aşkar olunraq götürülüb. Daha sonra o, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə təhvil verilib, araşdırma aparılır.

Read More
Kriminal 

Bağ evindən oğurluq edən şəxs tutuldu

Bakıda oğurluq edən şəxs saxlanılıb. “Report”un xəbərinə görə, hadisə yanvarın 28-də, paytaxtın Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxs Bakı şəhər sakini, A.Hüseynova məxsus bağ evindən kombi aparatı oğurlayıb. Daha sonra A.Hüseynov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Mərdan Babayev tutulub. Faktla bağlı araşıdrma aparılır.

Read More
Kriminal 

Maştağada silahlı şəxs saxlanıldı

Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb. Sonxeber.az-a bu barədə DİN-dən məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub. Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona…

Read More
Kriminal 

Paytaxtda 17 yaşlı gənc qarnından BIÇAQLANDI

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  report-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 2003-cü il təvəllüdlü Fərzəliyev Rəşad Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Qadın keçmiş sevgilisinin arvadını təhqir etdi, öldürüldü — Ceyranbatandakı dəhşətli CİNAYƏTİN TƏFƏRRÜATI

Qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan Vəliyev Vahid Şərbət oğlu Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ xəbər verir ki, onun müraciətinə hakim Fəhad Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq. İş üzrə məhkəmə baxış iclası fevral ayının 18-nə təyin olunub. Məhkəmə prosesi zamanı Vahid Vəliyev ona  elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki,  Gülnaz adlı qadınla evliliyindən Gülay adlı qızı anadan olub və 2009-cu ildə arvadından ayrılıb. 2008-ci ildə Ceyranbatan qəsəbəsində torpaq alaraq ev tikib ora köçdükdən sonra onun evinin qarşı tərəfində olan evdə…

Read More
Kriminal 

Bakıda bacısının boğazını kəsərək öldürən qardaş təslim oldu

Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub. Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Belə ki, Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüd Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib. Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb. Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub. S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib. Faktla bağlı araşdırmalar davam edir.

Read More
Kriminal 

Bakıda insan alverçisi silahını polisə təhvil verdi

Məhkum edilmiş şəxs Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına raritet alman tapançası barədə məlumat verib. Bu barədə Oxu.Az-a Binəqədi rayon polis şöbəsindən bildirilib. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında olan 1964-cü il təvəllüdlü Natiq Hüseynovun Cinayət Məcəlləsinin 150 (Seksual xarakterli zorakılıq hərəkətləri), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurqular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 144 (Adam…

Read More
Kriminal 

Qazaxda doqquzuncu sinif şagirdi məktəb yoldaşını bıçaqladı

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhər 1 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin doqquzuncu sinif şagirdi Məhəmməd Qasımov dərs vaxtı onuncu sinif şagirdi, 2004-cü il təvəllüdlü Nihat Rəşad oğlu Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Azərbaycanda qoyuna görə qan töküldü

Yevlax rayonunda iki qonşu arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Aşağı Salamabad kəndi ərazisində baş verib. Belə ki, kənd sakini 1994-cü il təvəllüdlü Orxan Məmmədov qoyunlarını qonşuları – 1992-ci il təvəllüdlü Araz Qarayev və 1989-cu il təvəllüdlü Elçin Hüseynovun əkin sahələrində otarıb. Bu zaman onlar arasında dava düşüb və O.Məmmədov bıçaq ilə A.Qarayevin kürək  və qarın nahiyələrinə xəsarət yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.Oxu.Az

Read More