Kriminal 

Bakıda restorandan çıxan şəxs dəhşət saçdı: Ətrafdakı insanlara bıçaqla hücum etdi – VİDEO

Bakının Nərimanov rayonunda xuliqanlıq zəminində hadisə baş verib. ARANTV.AZ-ın məlumatına görə, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb. Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı, “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edib və nalayiq sözlər işlədib. O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.APA

Read More
Kriminal 

Azərbaycanda ŞOK HADİSƏ – Qonşunu bacısı ilə tutdu (TƏFƏRRÜAT)

Füzuli rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Samir Vəliyevin (ad və soyadlar şərti verilib – red.) məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Füzuli rayonunun Zobucuq qəsəbəsində olub. Samir Vəliyev atla örüş sahəsindən yaşadığı qəsəbədəki evinə gəlib. Atı tövlədə bağladıqdan sonra evə yaxınlaşarkən tanımadığı bir şəxsin evə tərəf qaçdığını görüb. O, evdə yad adamı axtarmağa başlayıb. Evə bitişik yardımçı binaya baxarkən bir kişinin küncdə gizləndiyini görüb. İşıq yanmadığından onu tanıya bilməyib və həmin vaxt ailə üzvlərindən evdə tək olan bacısı…

Read More
Kriminal 

Bakıda qardaş qardaşı toyuğa görə öldürdü – Məhkəmə

Bakı Apelyasiya Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən şikayətə baxılıb. ARANTV.AZ  APA-ya istinadla xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb. Məlum olub…

Read More
Kriminal 

Qəbələdə ər arvadını qısqandığı üçün öldürdü – MƏHKƏMƏ

Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Cəsarət İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 27-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə, çoxlu qan itirən qadın hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən saxlanılan Cəsarət İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci…

Read More
Kriminal 

Mingəçevirdə silahlı insident: Şübhəli şəxs saxlandı – RƏSMİ

Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov APA-nın sorğusuna cavabında bildirib ki, yanvarın 20-də 1995-ci il təvəllüdlü Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya daxil olması barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Aparılmış araşdırmalarla 1996-cı il təvəllüdlü Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki…

Read More
Kriminal 

Bakıda məcburi köçkün həmyerlisini bıçaqladı

Ötən gün Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata əsasən, eyni adlı qəsəbənin 1-ci mədən küçəsində, 1989-cu il təvəllüdlü Cəbrayıl rayon sakini Orucov İlqar Məhəmmədəli oğluna yaşadığı yataqxananın zirzəmisində çoxsaylı bıçaq xəsarətləri yetirilib. 1 nömrəli Kliniki Tibbi Mərkəzin həkimləri İlqar Orucovun bədənində ikisi qarın nahiyəsinə nüfuz etməklə beş bıçaq zərbəsi aşkar ediblər. Əldə edilən məlumata əsasən, zərərçəkənin vəziyyəti ağırdır. Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O, zərərçəkənin həmyerlisi, 18 yaşlı Məhəmmədəli Zamin oğlu Məhəmmədzadədir. Hər…

Read More
Kriminal 

Zaqatalada həyat yoldaşını qətlə yetirən şəxş məhkəmə qarşısında

Zaqatala rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Aqşin Qədirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Zaqatala-Qax avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Suvagil kənd sakini, 1982-ci il təvəllüdlü Büllurə Seyran qızı Qədirova əri Aqşin Qədir oğlu Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ər arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən…

Read More
Kriminal 

Bakıda “Hozu” ləqəbi Raufa 13 il həbs verildi

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində 2019-cu il iyunun 14-də baş verən silahlı insident zamanı yeznəsini güllələyən, “Hozu” ləqəbi ilə tanınan Rauf Şirinovun cinayət işi başa çatıb. ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, istintaq zamanı hadisənin təfərrüatları məlum olub. Belə ki, iyunun 13-də Ramiz Məmmədov Rauf Şirinovun bacısı Məleykə Məmmədovanı onun və ailə üzvlərinin yanında nalayiq sözlərlə təhqir edib. Rauf Şirinov bunu şəxsiyyəti, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib və qisas niyyətilə yeznəsini öldürmək qərarına gəlib. Bundan əlavə cinayətkar onu da bildirib ki, yeznəsi yaxşı imkanı olduğu üçün ona daim…

Read More
Kriminal 

Bakıda bıçaqlanma: Yaralı hücum edən şəxsi tanımadığını deyir

Bakının Yasamal rayonunda gənc kişinin qarın nahiyəsinə üç bıçaq zərbəsi vurulub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. “Yanvarın 16-da 18:00 radələrində Mirzə Ağa Əliyev küçəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxs bıçaqla 1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğluna hücum edib. Nəticədə, yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb”, – rayon polis şöbəsindən verilən məlumatda bildirilir. Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsin saxlanılması üçün axtarış tədbirləri həyata keçirirlər. Zərərçəkən ilkin dindirilmə zamanı bildirib ki, hücum edən şəxsi tanımır. Lakin polis əməkdaşları onun…

Read More