İmişli sakinini öldürüb, avtomobilini Kürə, meyitini isə atla sürüyüb kolluğa atdı – TƏFƏRRÜAT
İmişlidə qətl hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Quliyev Emin Elsevən oğlu mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Mikayıl oğlunu qətlə yetirib. Belə ki, bu il yanvarın 7-də rayonun Ağamalılar kəndi ərazisində Kür çayına avtomobil düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Çaya düşən “QAZ-3110” markalı, 90 DX 310 dövlət nömrə nişanlı avtomobilin İmişli sakini, 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu məlum olub. İstintaq zamanı müəyyən edilib ki, yanvarın 7-də Əzizov Zaur…
Read More