Kriminal 

Bakıda ər arvadını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib. Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Bərdədə taksi sürücüsü bıçaqlandı

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb. ARANTV.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Lənbərən kəndi ərazisində baş verib. Belə ki, rayonun Yeni qəsəbə adlanan ərazisində yaşayan 1976-cı il təvəllüdlü Əhmədov Kamil Çingiz oğlunun avtomobilinə əyləşən şəxsiyyəti hələ ki məlum olmayan gənc oğlan K.Əhmədovu Lənbərən kəndi ərazisinə apararaq orada bıçaqlayıb. Yaralı ətrafda olan kənd sakinlərinin köməkliyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Read More
Kriminal 

Daşkəsəndə 19 yaşlı oğlanı qısqanclıq zəmnində bıçaqladılar

Daşkəsən rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirli bilinən Hüseynov Gəncəli Hüseyn oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmə hazırlıq iclası yanvar ayının 10-na təyin olunub. Qeyd edək ki,  hadisə rayonun Quşçu kəndində baş verib. Kənd sakini – 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib. Yaralı komatoz-şok vəziyyətində…

Read More
Kriminal 

Mingəçevirdə 26 yaşlı gənc içkili vəziyyətdə həmyerlisini bıçaqladı

Mingəçevir şəhərində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Məmməd Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib. Məhkəmə hazırlıq iclası yanvarın 10-da keçiriləcək. Qeyd edək ki, 2019-cu ilin avqust ayında Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən kafedə baş verib. 1987-ci il təvəllüdlü şəhər sakini Məhəmməd Abdullayev kafedə içkili vəziyyətdə olan digər şəxs tərəfindən bıçaqlanıb. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü şəhər…

Read More
Kriminal 

İsmayıllı sakini həmyerlisinə qayçı ilə xəsarət yetirdi

İsmayıllı rayonunda həmkəndlisinə ağır xəsarət yetirməkdə təqsirli bilinən Eşqin Nəzərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 14-nə təyin edilib. Qeyd edək ki, hadisə İsmayıllı rayonun Kürdmaşı kəndində baş verib. Kənd sakini 26 yaşlı Eşqin Nəzərov mübahisə zamanı həmkəndlisi 27 yaşlı Gəray Mikayilova qayçı ilə ağır xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Cinayəti törətməkdə şübhəli bilinən Eşqin Nəzərov polis əməkdaşları tərəfindən…

Read More
Kriminal 

Gəncədə 1 manata görə adam öldürən şəxs HAKİM QARŞISINDA

Gəncədə tanınmış idmançının oğlunu pul üstündə qətlə yetirməkdə təqsirli bilinən Emil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki,  hadisə ötən il  Gəncədə yerləşən “Miraj” çay evinin qarşısında baş verib. 1 manat üstündə yaranmış mübahisə nəticəsində 1995-ci il təvəllüdlü şəxs Elnur Alıyev  bıçaqla qətlə yetirilib. Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən…

Read More
Kriminal 

“Rıjiy Tofiq” Bakıda silahla tutuldu – FOTO

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb. Bununla bağlı Daxili işlər Nazirliyi məlumat yayıb. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş “Rıjiy Tofiq” adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” konstruksiyalı atəşə yararlı tapança, bir ədəd həmin silaha məxsus daraq, beş ədəd patron və bir büküm ümumi çəkisi 0,529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla…

Read More
Kriminal 

Gəncədə tanınmış idmançının oğlunu pula görə öldürən şəxsin istintaqı başa çatıb

Gəncədə tanınmış idmançının oğlunu pul üstündə qətlə yetirməkdə təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Qeyd edək ki,  hadisə ötən il  Gəncədə yerləşən “Miraj” çay evinin qarşısında baş verib. 1 manat üstündə yaranmış mübahisə nəticəsində 1995-ci il təvəllüdlü şəxs Elnur Alıyev  bıçaqla qətlə yetirilib. Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək…

Read More
Kriminal 

Bakıda dəhşətli qətl: Klinika işçisini döyə-döyə öldürdülər

Bakı şəhərində qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. Görülmüş tədbirlərlə H.Rəhimli tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Read More
Kriminal 

Göygöldə oğlunu qətlə yetirən kişi tutuldu: Bakıya qaçıb

Göygöldə evi yandıran oğlunu qətlə yetirib hadisə yerindən qaçan şəxs bu gün səhər saatlarında Bakıda saxlanılıb. ARANTV.AZ xəbər verir ki, rayonun Nadel kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, Y.Bayramov oğlu – 1978-ci il təvəllüdlü Mahir Bayramovu Nadel kənd ərazisində taxıl sahəsində ov tüfəngindən 2 dəfə atəş açaraq qətlə yetirib. Hadisəyə uzun müddət tərəflər arasında mübahisəyə səbəb olan evin…

Read More