Kriminal 

Abşeronda güllələnən gəncin kimliyi məlum oldu – Qətlin səbəbi…

Abşeron rayonunda gənc oğlan güllələnərək qətlə yetirilib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Pirəküşkül qəsəbəsində baş verib. İnsident zamanı 1991-ci il təvəllüdlü Xəlilov Kamran Əli oğlu ürək nahiyəsinə tapançadan açılan atəş nəticəsində öldürülüb. Rayon Prokurorluğundan qətlin şəxsi münasibətlər zəminində törədildiyi bildirilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda qadını amansızlıqla öldürüb meyitini küçəyə atdılar

Bakıda küçədə xüsusi amansızlıqla qətlə yetirilmiş qadın meyiti aşkarlanıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 15/1 ünvanının qarşısında üzərində zorakılıq əlamətləri ola qadın meyiti aşkar edilib. Dərhal hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib və ekspertiza təyin edilib. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib. Faktla bağlı Cinayət Məcəllsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qadının şəxsiyyəti və kim tərəfindən qətlə yetirilməsi ilə bağlı istintaq aparılır.(Trend)

Read More
Kriminal 

Gəncədə ata və oğlu bıçaqlandı

Gəncə şəhərində mübahisə iki nəfərin bıçaqlanması ilə nəticələnib. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb. Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

“Ovçu” dükanında silahlı insident – satıcı keçmiş məhkumu güllədi

Şamaxı şəhərnda silahlı insident baş verib. ARANTV.AZ xəbər verir ki, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub. V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilmiş “Oskar” markalı ov tüfəngi ondan götürülüb. Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.Publika.az

Read More
Kriminal 

Bakıda qardaş “sözünə baxmayan” bacısını bıçaqladı

Bakıda bacısını öldürməyə cəhddə təqsirli bilinən Baba Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi Fikrət Qəribovun icraatına verilib. Qeyd edək ki, hadisə bu il paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində baş berib. 24 yaşlı Əliyev Baba Vaqif oğlu 26 yaşlı bacısı Sahibə Əliyevaya hücum edib. O, bacısının qarın nahiyəsinə dörd bıçaq zərbəsi vurub. Xoşbəxtlikdən xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək ümükün olub. Cinayəti törətməkdə şübhəli bilinən Baba Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata…

Read More
Kriminal 

Bacısının keçmiş ərini öldürmək PLANI – Mağazadan çıxanda hücum etdi – TƏFƏRRÜAT

Ağcabədi rayonunda bacısının keçmiş ərini öldürməyə cəhddə təqsirli bilinən 1985-ci il təvəllüdlü Mayis Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, hadisə Ağcabədi rayonunun Kəhrizli kəndində baş verib. Kənd sakini Mayis Allahverdiyevin bacısı Səbinə həmkəndlisi Anatoli Quliyev ilə evli olub. Arvadını boşadı, amma təqib etdi Amma 2015-ci ildə Anatoli Quliyev ilə Səbinənin münasibətləri pozulub və onlar məhkəmə qaydasında rəsmən ayrılıblar. Mayis Allahverdiyev yeznəsinin bacısına ər-arvad kimi birgə yaşadıqları müddətdə lazımi qayğı göstərmədiyini, hamiləliyi ilə bağlı onu özünün hesabına müalicə etdirmədiyini öyrənib. Bu olaylardan sonra Anatoli Quliyev…

Read More
Kriminal 

Cəlilabad sakini özünü güllələdi

Cəlilabad rayonunda silahlı insident olub. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Soyuqbulaq kənd sakini O.Sadıqov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş O.Sadıqovun vəziyyəti orta-ağırdır. Cəlilabad rayon polis şöbəsənin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Qobustanda qardaş bacısını bıçaqladı

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çalov kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Yaqubov Füzuli Rahib oğlu qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Dünyaxanım Yaqubovanı bıçaqlayıb. 3 bıçaq xəsarəti alan qadın Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəni törədən F.Yaqubov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Qobustan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda fərari qətl törətdi

Bakıda keçmiş məhkum qətl törədib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov…

Read More