Kriminal 

Şəmkirdə qardaş qardaşı bıçaqladı

Şəmkir rayonunda qardaşını bıçaqlamaqda təqsirli bilinən Hafiz Qəzənfər oğlu Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  “Ölkə.Az” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xaqani Səmədovun icraatına verilib Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Şəmkir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev İntiqam Qəzənfər oğlu qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əvvəlcə onun ehtiyatsızlıq nəticəsində xəsarət aldığını bildirsə də, sonradan mübahisə zəminində qardaşı tərəfindən bıçaqlandığı məlum olub. H.Əliyevə Cinayət Məcəlləsinin…

Read More
Kriminal 

Məhkəmə bacısını bıçaqlayan şəxslə bağlı qərar verdi

Ali Məhkəmədə bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb. ARANTV.AZ xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya protesti təmin edilib. Məhkəmə qərarı ləğv edib, işin yenidən apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellasiya protesti və məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi həm protesti, həm də şikayəti təmin etməyib. İttiham aktına əsasən, ötən…

Read More
Kriminal 

39 yaşlı kişi bıçaqlandı

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ unikal.org-a istinadən axəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Rayon sakini, 1980-ci il təvəllüdlü Anar Bayramov kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. A.Bayramov ilkin dindirilmə zamanı yıxılaraq xəsarət aldığını deyib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Read More
Kriminal 

Məhkəmə həmyerlisini qısqanclıq zəminində öldürən şəxslə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsində Şabranda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Vüsal Hacıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ  xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, V.Hacıyevin apellyasiya şikayəti təmin edilməyib. İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü V.Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib. Belə ki, V.Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə…

Read More
Kriminal 

“Əmimin qızına əxlaqsız şəkil göndərmişdi” – Sevgi cinayətinin təfərrüatı

Əmisi qızına görə öz qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılıb. Məhkəmədə hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. ARANTV.AZ musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda, xuliqanlıqda və soyuq silah saxlamaqda ittiham edilən 1998-ci il təvəllüdlü Kənan Tağıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Kənan Tağıyev aralarında yaranmış mübahisə zamanı qohumu İbrahim İsaqzadəni bıçaqlayıb. Tağıyevə qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə yanaşı…

Read More
Kriminal 

Bakıda restoranda kriminal aləm üzvləri arasındakı atışma ilə bağlı YENİ XƏBƏR

3 il əvvəl Bakı şəhər Səbail rayonu ərazisindəki restoranlardan birində baş verən atışma ilə bağlı tutulanlardan biri Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29. 120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd göstərmə maddəsi ilə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən Qaranizadə Tofiq Vəzir oğlu Ali Məhkəmədən barəsindəki işə yenidən baxlmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Əliyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad…

Read More
Kriminal 

Bakıda toyda 3 nəfər bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki ,hadisə Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə zamanı 3 nəfər – 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu və 1976-cı il təvəllüdlü Əliyev Dilavər Ənvər oğlu bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.Sonxeber.az

Read More
Kriminal 

Salyanda kişi arvadını qətlə yetirdi

Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumata görə,  noyabrın 1-i saat 12 radələrin Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərinə bıçaq xəsarətli olan meyitinin yaşadığı evdə aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib: “İlkin istintaqla hadisənin 1982-ci il təvəllüdlü Salyan…

Read More
Kriminal 

“Elite”in yaxınlığında 39 yaşlı kişi bıçaqlandı

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə “Elite” ticarət mərkəzinin yaxınlığındakı şossenin kənarında baş verib. 1980-ci il təvəllüdlü Xanlarov Şahsuvar Barat oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

OLAY: Torpaq üstündə əmisini güllələdi

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, Köçəsgər kənd sakini güllələnib. Yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. **** Ağstafada silahlı insident olub. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndinə qeydə alınıb. Kənd sakinləri, 1968-ci il təvəlüdlü Qabil Məmmədov və onun həmkəndlisi, 1959-cu il təvəllüdlü Yufis Ələcov güllə yarsı ilə xəstəxanaya yerləşdirilib. Xəstəxandan APA-ya yaralıların vəziyyətinin normal olduğu bildirilib. Hadisənin torpaq üstündə Q.Məmmədovun qardaşı oğlu tərəfindən törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More