“Elite”in yaxınlığında 39 yaşlı kişi bıçaqlandı
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə “Elite” ticarət mərkəzinin yaxınlığındakı şossenin kənarında baş verib.
1980-ci il təvəllüdlü Xanlarov Şahsuvar Barat oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.oxu.az

