Kriminal 

Göygöl rayon sakini həmyerlisini bıçaqladı

Göygöl rayonunda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Kazım Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ “ölkə.az”a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatında verilib. Qeyd edək ki, hadisə bu ilin iyun ayında rayonun Çaykənd kəndində baş verib. 56 yaşlı Kərimov Əlirza Bahadur oğlu ilə həmkəndlisi Məhərrəmov Kazım Həmid oğlu arasında mübahisə baş verib. Mübahisə zamanı K.Məhərrəmov həmkəndlisi Ə.Kərimovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Cinayəti törətməkdə şübhəli bilinən Kazım Məhərrəmov isə polis əməkdaşları tərəfindən…

Read More
Kriminal 

Ər arvadını boşandığı üçün xəstəxanada döydü, bıçaqlayıb öldürdü

Beyləqanda ər arvadını bıçaqlayaraq öldürüb. ARANTV.AZ apa-ya istinadən xəbər verir ki, hadisə rayon xəstəxanasında baş verib. Beyləqan rayon sakini, 25 yaşlı Könül Bəhmən qızı Bəhrəmli boşandığı üçün əri tərəfindən bıçaqlanıb. Tibb bacısı işləyən qadının əri onun işlədiyi xəstəxanaya gəlib, onu döyərək, bir neçə bıçaq zərbəsi vurub. Həkimlər K.Bəhrəmlinin həyatını xilas edə bilməyib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb. Polis qatil əri axtarır.

Read More
Kriminal 

Çoxuşaqlı ailənin dramı – Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

Bakının Xəzər rayonu Binə qəsəbəsində ailə münaqişəsi baş verib. Bununla bağlı Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Məlumdur ki, oktyabrın 10-u, saat 20:00-da 1971-ci il təvəllüdlü Bədəlov İlham Şura oğlu münaqişə zamanı burğacla 1970-ci il təvəllüdlü bacısı Aygün Bədəlovaya hücum edib. O, bacısına qarın nahiyəsinə çoxsaylı nüfuz edən xəsarətlər yetirib. Daha sonra o, “KİA” markalı avtomobilinə əyləşərək, maşını qardaşı 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib. Xəsarət alanlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, həkimlər xəstələrin vəziyyətini ağır stabil qiymətləndirib. İlham Bədəlov saxlanılıb. Ona…

Read More
Kriminal 

Daha bir qadını keçmiş əri öldürdü – Beyləqanda (YENİLƏNDİ)

Beyləqan rayonunda daha bir qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Axar.az-a daxil olan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Beyləqan Rayon Gigiyena və Epidemialogiya Mərkəzində işləyən Könül Bəhrəmli adlı xanım rəsmi şəkildə boşandığı həyat yoldaşı tərəfindən elə iş yerində öldürülüb. Bir neçə bıçaq zərbəsi alan qadın yaxınlıqdakı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Yaralı xəstəxanaya çatdırılan zaman vəziyyəti ağır olsa da, sağ olub. Məlumata görə, qadının onun qətlə yetirən həyat yoldaşı ilə nikahından 10 yaşında bir övladı var. Beyləqan rayon…

Read More
Kriminal 

Bakıda ər arvadını qantellə öldürdü

Bakının Nizami rayonunda oktyabrın 9-na keçən gecə qantel Əkbərova Cəvahir Telman qızının qətl alətinə çevrilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə oxu.az-a rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. 36 yaşlı qadın saat 04:00-da öldürülüb. Cinayətdə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əkbərov İlham Niftəli oğlu ittiham olunur. C.Əkbərova başından aldığı qantel zərbəsi nəticəsində ölüb. Bu əməldən sonra kişi Şəki rayonuna gedərək, daxili işlər orqanına təslim olub. Xatırladaq ki, daha əvvəl KİV-də ərin arvadına 18 bıçaq zərbəsi vurduğu haqqında məlumatlar dərc olunsa da, onun həqiqətə uyğun olmadığı ortaya çıxıb. Faktla bağlı istintaq…

Read More
Kriminal 

Kiyevdə vəhşicəsinə öldürülən azərbaycanlının kimliyi bilindi – FOTO

Kiyevdə öldürülən 23 yaşlı azərbaycanlının kimliyi bilinib. ARANTV.AZ-ın məlumatına görə, həmin şəxs rəqqas Cavid Hacıyev olub. C.Hacıyev İqtisad Universitetində magistr təhsili alırmış. Onu öldürən şəxs hadisə qaçıb. Qeyd edək ki, ilkin məlumata görə, Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb. oxu.az

Read More
Kriminal 

Kiyevdə azərbaycanlı həmyerlisini öldürdü

Kiyevdə 23 yaşlı Azərbaycan vətəndaşı həmyerlisini bıçaqlayaraq öldürüb. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Kiyev prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisədən sonra o, cəsədi yandırmaq istəsə də, buna nail olmayıb. Bina sakinləri evdən kəskin qoxu gəldiyi üçün polisə müraciət edib. Mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları qan izləri aşkarlayıblar. Araşdırma zamanı məlum olub ki, öldürülən şəxs 22 yaşlı Azərbaycan vətəndaşıdır. Bundan başqa, onun üç gün əvvəl qətlə yetirildiyi aydınlaşıb. Hadisədə şübhəli bilinən şəxs müşahidə kameraları vasitəsilə müəyyənləşib. Həmçinin, qeyd edilib ki, o, cəsədi yandırmaq üçün mənzilə benzin də gətirib, ancaq istəyini…

Read More
Kriminal 

Beyləqanda qadını öldürdü, bəraət aldı

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Şahin Quliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ  xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib. İttiham aktına əsasən, hadisə 2016-cı il noyabrın 26-da Beyləqan rayonu, Mil qəsəbəsində baş verib. Ş.Quliyeva həmin qəsəbədə yaşayan, tanışı Samirə Qasımova ilə pul müqabilində görüşüb. Mübahisə zəminində o, qadını bıçaqlayıb. Hadisədən 5 gün sonra S.Qasımova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Polis əməkdaşları tərəfindən saxlanılan Ş.Quliyev hadisəni törətmədiyini, həmin tarixdə…

Read More
Kriminal 

Yatağına girmək istəyən ərini öldürmüş qadından – Yeni xəbər

Sumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Samirə Səmədovanın (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə apelyasiya şikayətinə yenidən baxılıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, zərərçəkmiş Mahir Əmirovun hüquqi varisinin şikayəti təmin edilib və Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü dəyişdirilib. Samirə Səmədovanın barəsində 1 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Samirə Səmədovanın barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi…

Read More
Kriminal 

Abşeronda ər arvadını döyərək öldürdü

Abşeronda ər arvadını döyərək öldürüb. ARANTV.AZ xəbər verir ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” bina 51 ünvanında qeydə alınıb. Belə ki, Abdullayeva Aynurə Bəhmən qızı əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Yaqub Qurbanov polis əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib. oxu.az

Read More