Kriminal 

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Gəncənin bombalanması epizodu üzrə dinləmələr keçirilib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq…

Read More
Kriminal 

Arayik qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Haruyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb. Videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür. Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib. O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir – red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: “Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum”. Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində…

Read More
Kriminal 

Bakıda Ermənistan siyasi-hərbi rəhbərliyinin ifşa edən videolara baxış keçirilir – Tarixi məhkəmə

Bu gün, mayın 23-də Bakı Məhkəmə Kompleksinin inzibati binasında Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı  davam etdiriləcək. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrlik etdiyi hakimlər Anar Rzayev və Camal Ramazanovun yer aldığı heyət tərəfindən baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Mayın 22-də keçirilən prosesdə keçmiş qondarma rejimi, onun həbsdəki və hələ də azadlıqda qalan nümayəndələrini ifşa edən video nümayiş olunub. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə işğalçılıq siyasəti təqdim olunan sübutlarda da, ifadələrdə də…

Read More
Kriminal 

Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət etdiyi üçün həbs edilibmiş- ÖZƏL

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub. Musavat.com-un əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib. Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub. Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutub və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib. Cəlilov xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinib.…

Read More
Kriminal 

Sumqayıtda qadın ərini BIÇAQLADI

Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Kriminal 

Mingəçevirdə qadın bıçaq xəsarəti aldı

Mingəçevirdə gənc qadın bıçaq xəsarəti alıb. Hadisə şəhərin Gəncə şosesinə yaxın ərazidə baş verib. 1996-cı il təvəllüdlü Hüseynova Çinarə Hilal qızı qarın nayihəsindən bıçaq xəsarəti alıb. Xəstəxanaya çatdırılan qadına göstərilən tibbi müdaxilə nəticəsində onun durumu stabilləşib. Qadının sözlərinə görə, yıxıldığı zaman bıçaq əlindən düşərək bədəninə batıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Zeynəbi öldürüb quyuya atdılar – Azərbaycanda dəhşətli cinayət

Naxçıvanda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb. Saxlanılan qadının Zeynəb İsmayılovanın qonşusu olduğu bildirilir. Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  (APA)

Read More
Kriminal 

Ağstafada 9-cu sinif şagirdi BIÇAQLANDI

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub. Məlumata görə, şagirdlərdən biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosunun sorğusuna verilən cavabda fakt təsdiqlənib, xəsarət almış şagirdin sağlamlığının və psixoloji durumunun iizləndiyi bildirilib: “Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagirdə…

Read More
Kriminal 

Xaçmazda qadın qətlə yetirilib

Xaçmazda qətl hadisəsi törədilib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaspoladoba kəndində qeydə alınıb. Belə ki, kənd sakini Məmmədova Yaqut Bayram qızı boğaz nahiyəsindən yaylıqla boğulmaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadına xəsarət yetirməkdə həyat yoldaşı A.Məmmədov şübhəli bilinir. O, özü könüllü təslim olub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Read More