Kriminal 

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb – FOTO

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılmış Azər Yusifova narkotik maddəni satmaqda şübhəli bilinən Novruz Ayralov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. N.Ayralov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədilə gətirdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.  

Read More
Kriminal 

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alındı – FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblərin qanunsuz dövriyyədən çıxarılması təmin edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan ARANTV.AZ-a bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan 8 kiloqramdan artıq heroin və tiryək, eləcə də 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı K.Muradlı ondan aşkarlanmış narkotik vasitələri “Baba” şərti adlı İran sakininin…

Read More
Kriminal 

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı kişi həbs olunub

Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılıb. APA-nın əldə etdiyi xəbərə görə, Xaçmaz Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib. Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, Səfər Kavazov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Read More
Kriminal 

Torpaq sahələrini saxta sənədlərə qeydiyyata salan “makler” tutuldu – VİDEO

Vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri keçirilib. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, təqdim edilən saxtakarlıq halları əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb. Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib.…

Read More
Kriminal 

Şöbə müdirini və qohumunu avtomobillə qəsdən vuran şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində İsmayıllı rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fazil Ağamirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin olunmayıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 29,120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və Fazil Ağamirzəyev cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs…

Read More
Kriminal 

Qadın sərnişinlərə əxlaqsız təkliflər edən taksi sürücüləri saxlanılıblar – VİDEO

Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən silsilə əməliyyatlar davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyən edilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı analoji hərəkətlər törədən 6 sürücü də saxlanılaraq məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir…

Read More
Kriminal 

Kürəkəni vaxtilə tələbə qızı zorlayan ermənini qətlə yetirdi – FOTO/VİDEO

Surqutda (Rusiya) ermənilərin yaşadığı məhəllədə sakinlərin gözü qarşısında dəhşətli cinayət baş verib. Belə ki, 41 yaşlı erməni Hovik qayınatası Mehak Kurkçyanı yeddi bıçaq zərbəsi ilə öldürüb. Şahidlər baş verənləri lentə alıblar. “Cinayətkar kafe işçilərinin gözü qarşısında 59 yaşlı kişiyə yeddi bıçaq zərbəsi vurub, bundan sonra o, silahını yerə ataraq qaçıb. Sonradan məlum olub ki, münaqişə kürəkən və qayınata arasında olub”, – deyə yerli hüquq-mühafizə orqanından bildirilib. Dava Hovikin arvadını mütəmadi döyməsi və Mekhakın isə qızının tərəfində durmaq üçün ora getməsinə görə baş verib. Hovik qayınatasını bıçaqladıqdan sonra müəssisənin içərisinə girməyə çalışsa da, videonu çəkən işçilər onu…

Read More
Kriminal 

Həbsdə olan tanışına narkotik keçirmək istəyən şəxs saxlanılıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Abasqulu Zəfər oğlu Namazova tanışı, İmişli rayon sakini Tamerlan Rauf oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 5 ədəd plastik yoğurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3,06 qram olan psixotrop maddə – metamfetamin, ümumi çəkisi 3,400 qram…

Read More
Kriminal 

Bakıda qohumlar arasında silahlı mübahisə olub: Xəsarət alan var

Bakıda silahlı mübahisə olub. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub. 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb. Ə.Orucov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Read More
Kriminal 

Hövsanda qanunsuz silah gəzdirən keçmiş məhkum saxlanılıb – VİDEO

Hövsanda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən bir ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb. Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar…

Read More