Kriminal 

Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət etdiyi üçün həbs edilibmiş- ÖZƏL

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub. Musavat.com-un əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib. Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub. Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutub və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib. Cəlilov xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinib.…

Read More
Kriminal 

Sumqayıtda qadın ərini BIÇAQLADI

Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb. Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Kriminal 

Mingəçevirdə qadın bıçaq xəsarəti aldı

Mingəçevirdə gənc qadın bıçaq xəsarəti alıb. Hadisə şəhərin Gəncə şosesinə yaxın ərazidə baş verib. 1996-cı il təvəllüdlü Hüseynova Çinarə Hilal qızı qarın nayihəsindən bıçaq xəsarəti alıb. Xəstəxanaya çatdırılan qadına göstərilən tibbi müdaxilə nəticəsində onun durumu stabilləşib. Qadının sözlərinə görə, yıxıldığı zaman bıçaq əlindən düşərək bədəninə batıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Zeynəbi öldürüb quyuya atdılar – Azərbaycanda dəhşətli cinayət

Naxçıvanda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb. Saxlanılan qadının Zeynəb İsmayılovanın qonşusu olduğu bildirilir. Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  (APA)

Read More
Kriminal 

Ağstafada 9-cu sinif şagirdi BIÇAQLANDI

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub. Məlumata görə, şagirdlərdən biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Report”un Qərb bürosunun sorğusuna verilən cavabda fakt təsdiqlənib, xəsarət almış şagirdin sağlamlığının və psixoloji durumunun iizləndiyi bildirilib: “Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib. Xəsarət almış şagirdə…

Read More
Kriminal 

Xaçmazda qadın qətlə yetirilib

Xaçmazda qətl hadisəsi törədilib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaspoladoba kəndində qeydə alınıb. Belə ki, kənd sakini Məmmədova Yaqut Bayram qızı boğaz nahiyəsindən yaylıqla boğulmaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadına xəsarət yetirməkdə həyat yoldaşı A.Məmmədov şübhəli bilinir. O, özü könüllü təslim olub. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏT – Övladını döyən ana onun müəllimini BIÇAQLADI

Goranboyda məktəbdə bıçaqlı insident baş verib. Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan qadın valideyinin bıçaqla məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisəni törətməkdə şübhəli 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir. Əldə etdiyimiz məlumata görə, Ə.Rzayevanın psixoloji problemləri var. O, Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.

Read More
Kriminal 

Lənkəranskini bıçaqlayanı belə öldürüblər-YENİ TƏFƏRRÜATLAR

Suxumi klanın “beyni” hesab olunan Levan  ölən dostu ilə vidalaşmaq üçün Tiflisə qayıdıbmış və killer də sadəcə, mərasiminin keçirildiyi yerdə pusqu qurub   Xəbər verdiyimiz kimi,  Tiflisdə kriminal aləmdə Suxumi qrupluşmasının lideri kimi tanınan “qanuni oğru” Merab Canqveladzenin qardaşı Levan Canqveladze öldürülüb. Məlumatla görə, ona 9 güllə vurulub. Levan illərdir ki, Suxumi klanında əsas rol oynayırdı və onun “beyin mərkəzi” hesab olunurdu. Musavat.com  xəbər verir ki, qətlin bəzi təfərrüatları bəlli olub.  Bəlli olub ki, Levan uzun müddət imiş  yalnız  mühafizəçilərlə hərəkət edib və harada olması barədə yerini açıqlamayıb. Məlumata görə, bir…

Read More
Kriminal 

Arayik sualları cavablandıracaq, digərləri sərbəst ifadə verəcək – BAKIDA TARİXİ MƏHKƏMƏ

Bakıda tarixi məhkəmə prosesi davam edir. Bakı Məhkəmə Kompleksinin inzibati binasında müttəhimlər kürsüsünə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər çıxarılıb. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin rəhbərliyi ilə baxılır. ARANTV.AZ  xəbər verir ki, martın 10-da keçiriləcək prosesdə müttəhimlər sərbəst ifadə verəcək, tərəflərin suallarını cavablandıracaqlar. Ötən prosesdə müttəhimlərdən bir neçəsi sərbəst ifadə verib. Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb. Hakimlər heyətində Anar Rzayev və Camal Ramazanov da yer alıblar. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Məhkəmədə dövlət ittihamçısı…

Read More