Kriminal 

Terror törədiləcəyi barədə yanlış məlumat yayan şəxs hakim qarşısında

Bakıda terror aktının törədiləcəyi barədə bilə-bilə yalan məlumat yaymaqda təqsirləndirilən Fərid Butayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, bu ilin martında sosial şəbəkələrdə Bakı metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma…

Read More
Kriminal 

Molla rejimini təbliğ edən daha 1 nəfər həbs edildi – Casus şəbəkəsi

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. ARANTV.AZ lent.az-a istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Beyləqan sakini Xanlar Əlizadə saxlanılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir.

Read More
Kriminal 

Azərbaycana təhsil vizası ilə gəlib Avropaya qaçmaq istəyən əcnəbilər ələ keçdilər

May ayının 21-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 2003-cü il təvəllüdlü Xan Muhammad Amin saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin dövlət sərhədini pozaraq qanunsuz yolla keçməsinə bələdçilik etməkdə şübhəli bilinən Pakistan vətəndaşları 1987-ci il təvəllüdlü Xan Mücahid Ali və 1990-cı il təvəllüdlü Ali Rizvan müəyyən olunub. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən…

Read More
Kriminal 

Bakıda evdən 62 min dollar oğurlayanlardan biri azadlığa buraxılıb

Oğurluqda ittiham olunan Sultan Camal və Ramiz Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Ramiz Əliyevə 3 il, Sultan Camala 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Sultan Camala təyin olunmuş 1 il həbs müddəti başa çatdığı üçün o, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, hadisə ötən ilin may ayında qeydə alınıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə Məhəmməd Hadi küçəsindəki mənzillərin…

Read More
Kriminal 

İşdən çıxarılan müstəntiq xanımının həbs olunmasını istəyir

Bir müddət öncə mediada Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilmişdi. “Qafqazinfo”nun məlumatına görə, C.Hüseynov həmin məsələ ilə bağlı həyat yoldaşı Nərgiz Hüseynova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, şikayət ərizəsində qeyd edib ki, həyat yoldaşı mediaya verdiyi müsahibədə həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb, onun şərəf və ləyaqətini ləkələyib. Sabiq müstəntiq iddia edib ki, N.Hüseynova yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlar yaymaqla onun işgüzar nüfuzunu da zədələyib. C.Hüseynov arvadını Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə…

Read More
Kriminal 

Bakıda avtobuslarda cibgirlik edən daha bir şəxs saxlanıldı – VİDEO – FOTO

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. Bu barədə BŞBPİ-dən məlumat verilib. Bildirilib ki, araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan cüzdanlarını oğurlaması da müəyyən olunub.    

Read More
Kriminal 

Həftəsonu Azərbaycanda 188 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşlarının mayın 20-də və 21-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 188 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. DİN-in mətbuat xidmətindən bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36,1 kiloqramdan artıq heroin, 115 kiloqrama yaxın marixuana, 1,5 kiloqramdan çox tiryək, 35 kiloqrama yaxın metamfetamin, həmçinin 5000 ədəd güclü təsiredici xassəyə malik həb və 234 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Gəncədə qadını şantaj edən şəxs saxlanıldı – FOTO/VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıblar. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb. Qeyd edək ki, polis əməkdaşları A. Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb. Şöbə…

Read More
Kriminal 

Sosial şəbəkədə tüfənglə görüntülərini yaydı, DİN hərəkətə keçdi – VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkədə lüləyi kəsilmiş tüfənglə görüntülərini paylaşan şəxslə bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin Tərtər rayonunda yaşayan C.Lətifov olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan müvafiq sənədləri olmayan qundağı və lüləyi kəsilmiş tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

“Sən necə qardaşsan ki, bacın əxlaqsızdır…” – Gədəbəydə bakirəlik söhbəti üstündə dava düşdü

Gədəbəy rayonunda 2004-cü il təvəllüdlü Qulu şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həmkəndlisi Paşanı (adlar şərti verilib – red.) bıçaqlayıb. ARANTV.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Gədəbəy rayonunun kəndində baş verib. Qulu bacısının qaçırılması, bakirə olmadığı üçün isə bir gün sonra evlərinə qaytarılması barədə həmkəndlisi Paşanın söz-söhbət yaydığını öyrənib. Qulu bundan əsəbiləşib və qisas almaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Paşanın olduğu torpaq sahəsinə gəlib. Paşanın belində dərman aparatı ilə kartof bitkisini dərmanladığını görüb. Paşaya yaxınlaşaraq yumruqla onun ağız nahiyəsindən vuraraq ona xəsarət yetirib. Sonra bıçaqla…

Read More