Kriminal 

Sumqayıtda qadın qadını BIÇAQLADI

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Kriminal 

Sumqayıtda DƏHŞƏT! – 46 yaşlı kişi baltalandı

Sumqayıtda 46 yaşlı kişi baltalanıb. Hadisə şəhərin “Qurd dərəsi” bağları ərazisində qeydə alınıb. 1972-ci il təvəllüdlü Nağı Eyvaz oğlu Qasımov aralarında baş vermiş münaqişə zəminində 1979-cu il təvəllüdlü Ramin Bahadur oğlu Quliyevə balta ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Vardanyanın vəsatəti yenidən əsassız sayılıb

Fevralın 17-də Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər. Dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə prosesində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycanın cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına…

Read More
Kriminal 

2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müraciəti əsasında 2024-cü ildə 108 nəfərə mühafizə orderi verilib. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı məlumat komitənin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. Qeyd edilib ki, ötən il qurumun “860 – Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti”nə 330 müraciət daxil olub. Vurğulanıb ki, dəstək xəttinə edilən müraciətlərin sayı 2023-cü illə müqayisədə 9,1% artıb. Komitənin müraciəti əsasında verilən mühafizə orderlərinin sayı 2022-ci ildə 46, 2023-cü ildə 83, 2024-cü ildə isə 108 olub. Beləliklə, 2023-cü illə müqayisədə Komitəyə daxil olan müraciətlər əsasında verilən…

Read More
Kriminal 

Bakıda məktəbin həyətində qadının başını kəsdilər

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində cinayət hadisəsi baş verib. Məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın boşanmaq istədiyinə görə əri qadının şah damarını kəsib. Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə zərərçəkən qadın sağdır./Tribunainfo.az

Read More
Kriminal 

Gürcüstanda 24 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanın Rustavi şəhərində 24 yaşlı azərbaycanlı kişi odlu silahla qətlə yetirilib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. Məlumata görə, gənclər arasında mübahisə sonradan silahlı insidentə çevrilib. Qətlə yetirilənin Bolnisi sakini Vüqar Yaqubov olduğu bildirilir. Onun xəstəxanaya çatdırılarkən aldığı xəsarətdən yolda vəfat etdiyi qeyd olunub. Faktla əlaqədar istintaq başladılıb.//APA

Read More
Kriminal 

Erməniəsilli dəstə üzvlərinin məhkəməsi davam etdiriləcək

Bu gün, yanvarın 27-də Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə Arayik Harutyunyan və digər şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdiriləcək. ARANTV.AZ  xəbər verir ki, müttəhimlər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq…

Read More
Kriminal 

SON DƏQİQƏ! Nəzrinin ölümünə səbəb olan həkim həbs edildi

Baş Prokurorluq Nəzrin Mansurlunun ölümü ilə bağlı həkim Sənan Mehdiyev barəsində həbs qərarı çıxarılması ilə bağlı xəbərə münasibət bildirib. Qurumdan Musavat.com-a verilən xəbərə görə, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi…

Read More
Kriminal 

Azərbaycanda “Nürnberq prosesi” BAŞLADIVİDEOYENİLƏNİB

Müxtəlif hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayıb. Ermənistanın və onun aləti olan, birbaşa Ermənistan dövləti tərəfindən idarə olunan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır. (APA) *** Bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin və separatçı qurumda “baş nazir” olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayır. Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində baş tutacaq. Müttəhimlər qismində Arkadi Qukasyan,…

Read More
Kriminal 

200 min dollara Bakıda kimi öldürmək istəyiblər? -DTX-dən daha bir uğurlu əməliyyat

“Üçüncü ölkə”də terror planlaşdıran iki nəfər tutuldu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar. Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini…

Read More