Azərbaycanda psixoloqdan yarım milyonluq DƏLƏDUZLUQ
Azərbaycanda orta məktəblərdən birinin xanım psixoloqu Küveyt vətəndaşına qarşı dələduzluq edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Aytəkin Səmədova (ad və soyad şərti) “Snapchat”da tanış olduğu küveytli Abdullah Almatroukanın etibarından sui-istifadə edib. Əcnəbi vətəndaş dostu ilə birgə yeni biznes qurmaq məqsədilə Bakıya gəlib. Bu müddətdə Aytəkinlə münasibəti yaranan Abdullah onunla paytaxtın fərqli məkanlarında bir neçə dəfə görüşüb. O, ölkəsinə qayıtdıqdan sonra da qadınla əlaqəni kəsməyib. Hətta onu Dubaya dəvət edib, cütlük şəhərin bahalı məkanlarında istirahət edib. Elə cinayətin təməli də bu istirahət ərəfəsində qoyulub. Əcnəbi söhbət əsnasında Azərbaycanda gəlir…
Read More