Kriminal 

Bakıda müğənni bıçaqlandı – FOTO

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb. Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub. Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər. V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Sumqayıtda qadın qaynı tərəfindən BIÇAQLANDI

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb. Hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. 1991-ci il təvəllüdlü Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Kriminal 

Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb – DETALLAR

2023-cü il fevralın 10-u səhər saat 8 radələrində Bakının Xətai rayonunda 1977-ci il təvəllüdlü Solmaz Mansurova qətlə yetirilib. Hadisə Sarayevevo küçəsi, ev 14, mənzil 63-də baş verib. Hadisə yerinə baxışda iştirak edən 2007-ci il təvəllüdlü Ziya Mansurov mətbəx bıçağı ilə anasını öldürdüyünü etiraf edib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Solmaz Mansurovanın bədən səthində 195 ədəd bıçaq yarası aşkar edilib. Onun ölümünə kəskin qanitirmə səbəb olub. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib…

Read More
Kriminal 

Kişi tez-tez gül istəyən arvadını BALTALADI

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zamanı 52 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib. Hadisə sentyabrın 30-a keçən gecə baş verib. Əvvəllər məhkum olunmuş şəxs yaşadığı mənzildə sərxoş vəziyyətdə olub və qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadına balta ilə ölümcül zərbələr vurub. Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, qadın ərinə tez-tez çiçək, hədiyyə vermədiyi və onu heç yerə aparmadığı barədə şikayətlər edib. Mübahisə də məhz bu səbəblə yaranıb və nəticədə kişi arvadını öldürüb.//Lent.az

Read More
Kriminal 

Bakıda VƏHŞİLİK: 7 yaşlı uşağı….

Bakıda ata-anası olmayan uşaq dilənməyə məcbur edilib. Ürəksızladan cinayət hadisəsi Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Belə ki, 2017-ci il təvəllüdlü oğlan 1987-ci il təvəllüdlü İ. Ələsgərov tərəfindən zorla diləndirilib. İ. Ələsgərov uşağı diləndirmək üçün onu hər gün döyüb və əllərinə siqaretlə dağ basıb. Bu yolla o, uşaqdan hər gün dilənməklə 30-120 manat arası məbləğ tələb edib. Azyaşlı hədə-qorxu altında bu tapşırığı yerinə yetirmək üçün Zabratda qapı-qapı dilənməyə məcbur olub. Bəxtsiz uşağın bu faciəvi həyatı 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək davam edib. Məlumata əsasən, azyaşlının atası bir neçə il…

Read More
Kriminal 

Şəmkirdə gənc qadın bıçaqlanıb

Şəmkirdə 28 yaşlı qadını bıçaqlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir 01:18 Şəmkir rayonunda yerli sakin mübahisə zəminində bıçaq xəsarəti alıb. “Report”un məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü N.Nəsrəddinli mübahisə zəminində bıçaqlanıb. Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilib. Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinib. Faktla bağlı araşdırma…

Read More
Kriminal 

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir – SENSASİON DETALLAR

Bu gün, sentyabrın 16-da Sumqayıt Apellyasiya Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin məhkəməsi keçiriləcək. Bu barədə Musavat.com-a şabranlı sahibkar Mansur İbrahimov məlumat verib. Deyib ki, sabiq deputat İlham Əliyev Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinin əsassızlığı bilir, buna baxmayaraq məqsədli şəkildə məhkəməyə müraciət etməklə vaxt qazanır. Mansur İbrahimov hesab edir ki, qarşı tərəf məhkəməyə müraciət etmək hüquqdan sui-istifadə edir. Məqsəd illər öncə ələ keçirdiyi torpaqlarındakı bağlarda əkdiyi ağacların meyvəsini yığıb satmaq, külli miqdarda vəsaiti ələ keçirməkdir: “Bu adam məhkəmələrə heç bir əsası olmayan vəsatətlər, iddialar verməklə hüquqdan sui-istifadə edir.  Günü-günə,…

Read More
Kriminal 

Kürəkən qayınatasının üzərindən maşınla keçərək qətlə yetirdi: Hadisə yerindən GÖRÜNTÜLƏRVİDEO

Kürəkəni tərəfindən vəhşicəsinə qətlə yetirilən Əliağa Hüseynovun ölümü ilə bağlı yeni detallar ortaya çıxıb. Mərhumun qardaşı “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, Əliağa Hüseynov dünən qızının əşyalarını kürəkəninin evindən götürüb, bu gün isə sözügedən dəhşətli qətl hadisəsi baş verib. “Yoldaşı qızına zülm etdiyi üçün Əliağa onu evə gətirdi. Səhər saatlarında şəhərə getmək üçün evdən çıxmışdılar. Yolun qırağında maşın gözləyən zaman Əliağanın kürəkəni Elbrus Şeydayev onlara yaxınlaşaraq birinci qardaşımı və gəlinimiz Püstə Hüseynovanı bıçaqlayıb. Mənə dedilər ki, qardaşını vurublar. Gəlib gördüm ki, qan içindədir”. Ətraflı süjetdə:

Read More
Kriminal 

Azərbaycanda 45 yaşlı kişi qətlə yetirildi – qatil görün kim imiş

Sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni 1995-ci il təvəllüdlü Şeydayev Elbrus Eldəniz oğlu saxlanılıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Söyüş üstündə DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilən şəxslərə cəza istənilib

Dövlət ittihamçısı Bakıda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş giziri Cəsarət Vəliyevi qətlə yetirməkdə, digər əməkdaş Camal Həsənova isə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanova cəza istəyib. “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Orxan Zeynalovun 20 il, İlqar Abdurrahmanovun isə 19 il 6 ay müddətə azadlıqdan məhrum edilməsi istənilib. Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev DSX-nin baş giziri olub. Hadisə ötən il martın 16-da xidmətdənkənar vaxtda, saat 00:30 radələrində metronun “20 Yanvar” stansiyası yaxınlığındakı…

Read More