Kriminal 

Həkim özü-özünü bıçaqlayıb, xəstəsinin oğlu yox…

Bir neçə gün öncə sosial şəbəkələrdə 5 saylı şəhər kliniki xəstəxananın həkimi Zöhrab Şamxalovun əlillik dərəcəsi alması üçün arayış vermədiyi pasiyentin oğlu tərəfindən bıçaqlandığı haqda məlumatlar yayılmışdı. ARANTV.AZ  bildiir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Z.Şamxalov bıçaqlanmayıb, özü-özünə xəsarət yetirib. Belə ki, şəkər xəstəsi olan Rəfael Əzimov bir müddət öncə Zöhrab Şamxalova müraciət edərək onun mədə və bağırsaqlarında yarandığı problemlə bağlı müalicə etməsini istəyib. Müalicədən bir neçə gün sonra R. Əzimov qəbul etdiyi dərmanlardan zəhərləndiyini iddia edib və buna görə iyulun 2-də həkim Şamxalovun qəbuluna gələrək ona öz iradını çatdırıb.…

Read More
Kriminal 

Bakıda dava zamanı bir nəfər bıçaqlanıb, digəri isə döyülüb

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Mənsimov Mərdan Seyidəli oğlu tanışı 1987-ci il təvəllüdlü Cəbiyev Nemət Nəriman oğlunu küt alətlə döyüb. Döyülən N.Cəbiyev bıçaqla M.Mənsimova bir neçə xəsarət yetirib. Hər iki xəsarət alan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Read More
Kriminal 

DİN və Baş Prokurorluq altı il öncə törədilən qətlin üstünü açıb

Daxili İşlər Nazirliyi və Baş Prorkurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, onların fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb. Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilən kompleks istintaq…

Read More
Kriminal 

Göyçayda kişinin arvadını və özünü öldürməsi ilə bağlı cinayət işi BAŞLANDI

Göyçay rayon prokurorluğu iyulun 3-ü saat 18 radələrində rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə məlumat yayıb. Prokurorluqda aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Elnur Cavadov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə öz baş nahiyyəsinə atəş açaraq özünü öldürüb. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Read More
Kriminal 

Bakıda ana və iki övladına heroin satarkən saxlanılan şəxsə hökm oxundu

Bakıda narkotik satan zaman müştəriləri ilə birlikdə saxlanılan şəxs hakim qarşısına çıxarılıb. ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı ilə məşğul olan 1981-ci il təvəllüdlü Cavid Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması baş çatıb. Məhkəmənin hökmü ilə Cavid Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib. C.Bayramov Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən Bülbülə qəsəbəsində saxlanılıb. C.Bayramovun evindən 428 qram heroin, 2 kq qurudulmuş marixuana və 11 qram metamfitamin aşkar edilib. Aparılmış araşdırmalarla ondan narkotik alan səkkiz müştərisi də saxlanılıb və onların üzərindən heroin aşkar…

Read More
Kriminal 

Göyçayda dəhşətli ailə cinayəti: Kişi arvadını güllələdikdən sonra intihar etdi

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində rayonun Mallı – Şıxlı kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Cavadov Elnur Məsim oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 1985-ci il təvəllüdlü Cavadova Ülviyyə Əliyar qızını güllələyib. İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü vuraraq intihar edib. Ər və arvadın ölümü…

Read More
Kriminal 

Bakıda 17 yaşlı qız naməlum şəraitdə bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Mərdənov qardaşları küçəsində baş verib. 2004-cü il təvəllüdlü Xəlilova Pərvin Zamin qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Read More
Kriminal 

Bakıda saçını rəngləyən oğlanı bıçaqladılar – FOTO

Bakıda bıçaqlanma hadisəsi olub. ARANTV.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 29-u saat 21:30-da paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Abbasxan Hümbətov tanımadığı 2 nəfər tərəfindən bıçaqlanıb. Bu barədə zərərçəkmiş özünün sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda saçlarını mavi rəngə boyadığı üçün bıçaqlandığını iddia edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində araşdırmalar davam etdirilir: “Araşdırmaların sonunda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Read More
Kriminal 

Bərdə sakini həmkəndlisini qayçıyla qətlə yetirdi

İyunun 28-i saat 01:00 radələrində Bərdə rayon, İmirli kənd sakini Toğrul Abdullayevə xəsarət yetirilməsi və almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb…

Read More
Kriminal 

Samuxda kənd sakinləri arasında bıçaqlanma olub: Saxlanılan var

Samuxda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, Samux rayonunda sakinlər arasındakı mübahisə yaralanma ilə nəticələnib. 1992-ci il təvəllüdlü Samux rayon Hacıalılı kənd sakini Allahverdi Yusibov Lək kənd sakini Qəmbərov Elçinə bıçaqla xəsarət yetirib. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam edir.

Read More