Kriminal 

Bir-birini bıçaqladılar

Bakıda iki kişi bir-birini bıçaqlayıb. ARANTV.AZ xəbər verir ki, gecə saat 12 radələrində Nəsimi rayonunda baş verib. Küçədə mübahisə edən iki kişi sonda bıçağa əl atıblar. 33 yaşlı Telman Nadirov münaqişə zəminində 26 yaşlı Sudef Abbaszadənin qarnından bıçaqla vurub. S.Abbaszadə də T.Nadirovu sinəsindən bıçaqlayıb. Onlardan biri 5 saylı, digəri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More
Kriminal 

Sarayda 18 yaşlı oğlan qonşu kişini boğub öldürdü – İŞ MƏHKƏMƏDƏ

Abşeron rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü İsmayıl Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. İttihama görə, bu il yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə…

Read More
Kriminal 

Rusiya vətəndaşını öldürən azərbaycanlı axtarışa verilib

25.10.2015-ci tarixində Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanmış və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ucar rayon prokurorluğundan verilən məlumata görə, 26.04.2021-ci il tarixində Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma…

Read More
Kriminal 

Ukraynada daha bir azərbaycanlı öz həmyerlisi tərəfindən öldürüldü – VİDEO

Ukraynada azərbaycanlılar ilə bağlı daha bir kriminal hadisə qeydə alınıb, bir azərbaycanlı öldürülüb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, paytaxt Kiyevin Desnyanskiy rayonu ərazisində 1996-cı il təvəllüdlü Məcidov Samid Lətif oğlu həmyerlisi 1993-cü il təvəllüdlü Hüseynov Rasət Hafiz oğlu tərəfindən kürək nahiyəsindən bıçaqla vurularaq öldürülüb. Hadisəni törədən şəxs və hadisənin digər iştirakçısı 1982-ci il təvəllüdlü Vəliyev Seymur Cavanşir oğlu ölkəni hava yolu ilə tərk edərək qaçmaq istəyərkən yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar. İki gün əvvəl isə Ukraynanın Dnepr şəhərində azərbaycanlı Anar Məmmədov qətlə yetirilib. Ukrayna Daxili İşlər Nazirliyinin yerli bölməsi…

Read More
Kriminal 

Azərbaycanlını Ukraynada qətlə yetirən şəxsin kimliyi müəyyənləşib – FOTO/VİDEO

Polis əməkdaşları Dneprdə (Ukrayna) azərbaycanlı iş adamı Anar Məmmədovu öldürən qatilin şəxsiyyətini müəyyənləşdiriblər. Bu barədə “Vidkritiy” məlumat verir. “Polis əməkdaşları qatilin şəxsiyyətini müəyyənləşdirməyə müvəffəq olublar. Bu şəxsin Yusif (1993-cü il təvəllüdlü) adlı Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyənləşib. Hazırda o, axtarışda olanların siyahısındasır”, – deyə hüquq mühafizə orqanından bildirilib. Bundan əlavə, Zaporojyada baş verən qətl hadisəsi ilə bağlı ibtidai istintaq zamanı polis üç Azərbaycan vətəndaşını saxlayıb. Axtarış zamanı onlardan rezin güllələr üçün tapança, kiçik çaplı əldəqayırma tapança, F-1 qumbarasının korpusu və 30 mərmi müsadirə edilib. Hüquq-mühafizə orqanları həbs olunanların Dneprdə rezonans doğuran qətllə…

Read More
Kriminal 

Göygöldə gənc oğlan bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Elcan Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, E.Həsənov dostu ilə dava zamanı bıçaq xəsarəti alıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Cəlilabadda vəzifəli şəxslər sələmə pul verən müğənnini qətlə yetirib – TƏFƏRRÜAT

Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub. ARANTV.AZ  xəbər verir ki, qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib. Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub. Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya…

Read More
Kriminal 

Bakıda 43 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Müşfiqabad qəsəbəsində 1978-ci il təvəllüdlü Hacatov Mehdi Hüseynalı oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası və sol budun kəsilmiş yaraları diaqnozu qoyulub.“Report”

Read More
Kriminal 

Bakıda qadın ərini qətlə yetirdi

Aprelin 21-də saat 20:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Oxu.Az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ Rayon…

Read More
Kriminal 

Rusiyada azərbaycanlı tələbənin qatilini 20 ilə qədər həbs cəzası gözləyir – FOTO/VİDEO

20 aprel tarixində etnik zəmində yaranan qarşıdurma səbəbindən 17 yaşlı azərbaycanlı tələbə Teymur Qavrilovu qəddarcasına qətlə yetirmiş Vitali Vasilievin cinayət işinə baxılıb. Bu barədə “SotsInformBuro” xəbər yayıb. Məlumata görə, 22 yaşlı Volqoqrad sakini “milli nifrət motivləri əsasında adam öldürmək”, “odlu silahda qeyri-qanuni şəkildə dəyişiklik edilməsi”, “bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi, saxlanması və daşınması” və “partlayıcı maddələrin qeyri-qanuni şəkildə əldə edilməsi, saxlanması və daşınması” maddələri üzrə ittiham irəli sürülüb. İclasda dövlət ittihamçısı ittiham aktını elan edib. “Şübhəli iddia edilən cinayətlərdə günahkar olduğunu etiraf etdi. Növbəti məhkəmə…

Read More