Kriminal 

Bakıda polisin öldürdüyü şəxs özünü MTN əməkdaşı kimi təqdim edib – TƏFƏRRÜAT

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub. Hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib. Zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxslər onun evinə özlərini MTN əməkdaşı kimi təqdim edərək daxil olub: “Qızım kameradan görüb ki, evə maskalı şəxslər daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə…

Read More
Kriminal 

Ağdaşa toya gedən Qobustan sakini ÖLDÜRÜLDÜ

Ağdaş rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. Hadisə axşam saatlarında rayon mərkəzində baş verib. İlkin məlumata görə, Qobustanın Nərmankənd sakini 27 yaşlı İlkin İsgəndərli ötən gün Ağdaşda keçirilən toy məclisində qonaq qismində iştirak edib. Mərasim zamanı onun digər şəxs və ya şəxslərlə baş verən mübahisəsi davaya çevrilib. Dava zamanı müxtəlif bıçaq xəsarətləri alan İlkin İsgəndərli ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. DİN-in mətbuat xidmətinin regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş şəhərində 1996-cı il təvəllüdlü…

Read More
Kriminal 

Tovuzda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Tovuzda kütləvi dava olub. “Report” xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. 2000-ci il təvəllüdlü Səfərov Samir Elburus oğlu və 1988-ci il təvəllüdlü Xanmirzəyev Canpolad Çapay oğlu aralarında yaranmış şəxsi münasibətlər zəmnində Məmmədov Xalid Məhəmməd oğlu və 1993-cü il təvəllüdlü İsmayılov Aqil Yusifəli oğluna bıçaqla çoxsaylı bədən xəsarətləri yetiriblər. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Direktor katibəsinin porno görüntülərini yayıb, gözətçi işləyən əri isə… – Astaradakı olayın DETALLARI

Xəbər verdiyimiz kimi, F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb. ARANTV.AZ  xəbər verir ki,hadisə ilə bağlı Astara rayonun “Gənc Alimlər” təşkilatından Bizim.Media-ya verilən məlumatda qətlin təfərrüatları açıqlanıb. Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb: “Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, bu, olub. Məhz bu porno şantaj hadisəsindən sonra, katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü…

Read More
Kriminal 

Məktəb direktoru işçisi tərəfindən bıçaqlandı

Astara şəhərində bıçaqlanma hadisəsi baş verib. Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib. Qeyd edilib ki, Ü.Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl V.Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi. Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ü.Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.**“Qafqazinfo”

Read More
Kriminal 

Bakıda qadın ərini bir mesaja görə BALTALADI – CİNAYƏT İŞİ

2023-cü il yanvarın 21-də Bakıda 1987-ci il təvəllüdlü Ceyhun İmaşov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilir. Baş nahiyəsindən ağır xəsarətlər alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzdə dərhal əməliyyata götürülüb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Hadisə ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları istintaq araşdırmalarına başlayıblar. Məlum olub ki, hadisə Qızıldaş qəsəbəsinin 4-cü massivində yerləşən fərdi evdə baş verib. Müəyyənləşib ki, Ceyhunu arvadı 1995-ci il təvəllüdlü Lalə İmaşova yaralayıb. Faktla bağlı Qaradağ RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər…

Read More
Kriminal 

Bakıda işçisi biznesmenin ölümünə səbəb olub – 650 min manatı necə alıb?

Bakı Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırma, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səbuhi Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, 6 yanvar 2021-ci il tarixdə iş adamı Vaqif Hacıyevin intihar etməsindən bir neçə gün əvvəl sahibi olduğu şirkətdə sahə rəisi işləyən 1972-ci il təvəllüdlü Sübhi Heydərovun hüquq-mühafizə orqanlarına şikayət etməsi məlum olub. Aparılan araşdırmalarla izolyasiya materialları biznesi ilə məşğul olan sahibkarı intihara…

Read More
Kriminal 

Maşın bazarında QAN TÖKÜLDÜ

Cəlilabad rayonunda 1968-ci il təvəllüdlü Sarıbala Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Şəmsəddin Rüstəmovu qətlə yetirib. Sarıbala 16 yanvar 2022-ci ildə, saat 11 radələrində Cəlilabad rayonu, Cavadxan küçəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə Cəlilabad şəhər sakini Şəmsəddin ilə avtomobil alqı-satqısı ilə bağlı aralarında yaranmış mübahisə zamanı özünə məxsus avtomobildən bıçaq götürüb və ona yaxınlaşıb. Sarıbala Şəmsəddinin ona qarşı nalayiq sözlər deməsinə iradını bildirib və əlindəki bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurub. Həmin gündən etibarən yerləşdirildiyi tibb müəssisələrində stasionar qaydada müalicəsi davam etdirilən Şəmsəddinə göstərilən ixtisaslı tibbi yardımlara…

Read More
Kriminal 

Qəbələdə 16 yaşlı oğlan 41 yaşlı kişini bıçaqladı

Qəbələdə 28 avqust gecə saat 03 radələrində 2008-ci il təvəllüdlü Ə.S. şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Azərbaycanda tanınmış həkimi güllələyərək qətlə yetirdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR

Zaqataladakı dəhşətli cinayətin detalları məlum olub. Mərhumun qohumunun sözlərinə görə, Həsən Davudov evdə Tariyel Əhmədovu öldürdükdən sonra həyətdəki yan evə keçərək onun qızı və nəvələrinə də atəş açmaq istəyib: “Xoşbəxtlikdən qapı bağlı idi, iki güllə izi qapıda qalıb. Həmçinin həkim yaxın zamanda göz əməliyyatı olmağa hazırlaşırdı”. Daha ətraflı Baku TV-nin süjetində:

Read More