Kriminal 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər tutuldu – RƏSMİ

Daxili İşlər Nazirliyi 2021-ci il martın 24-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölkənin daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Read More
Kriminal 

Azərbaycanda DƏHŞƏT: İntim münasibətdə olmadığı üçün qızı boğub öldürdü – VİDEO

2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı, onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub. ARANTV.AZ Baku TV-yə istinadən xəbər verir ki, mərhumun istifadəsindəki mobil telefonun “WhatsApp” proqramında qeydə alınan giriş və çıxış zənglərinə, ismarıclarına, eləcə də telefonun yaddaş kartındakı şəkillərə baxış keçirilib. Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Günay Əliyevanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş asfiksiya…

Read More
Kriminal 

Azərbaycanda bacı qardaşını bıçaqla QƏTLƏ YETİRDİ

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 7-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib. Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı…

Read More
Kriminal 

Daşkəsəndə tanışını bıçaqlayan şəxs tutulub – YENİLƏNİB

10:53 Daşkəsəndə tanışını bıçaqlayan şəxs saxlanılıb. ARANTV.AZ-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Mübariz Novruzov tutulub. —— 08:53 Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü İsmayılov İqbal Müseyib oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 58 yaşlı kişinin dostu tərəfindən bıçaqlandığı bildirilir. Məlumata görə, onların hər ikisi sərxoş vəziyyətdə olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Daşkəsəndə 58 yaşlı kişi bıçaqlanıb

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü İsmayılov İqbal Müseyib oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 58 yaşlı kişinin dostu tərəfindən bıçaqlandığı bildirilir. Məlumata görə, onların hər ikisi sərxoş vəziyyətdə olub.Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Gəncə sakini qardaşını bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  milli.az-a  istinadən xəbər verir ki, hadisə köhnə Yevlax avtovağzalının yaxınlığında qeydə alınıb. 1981-ci il təvəllüdlü Emin Quliyev döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub. İlkin məlumata görə, hadisəyə səbəb qardaşlar arasındakı mübahisə olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda Yeni il gecəsi qətl törədən şəxslər məhkəmə qarşısına çıxarılır

Bakıda qətl törətməkdə təqsirləndirilən Elşən Gözəlov və Cəmil Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə 31 dekabr 2020-ci il tarixdə gecə saat 5 radələrində Pirallahı rayon ərazisində baş verib. Belə ki, həmin tarixdə 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon Prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları…

Read More
Kriminal 

Bakıda iki nəfər bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abışov Camal Rövlan oğlu və xalası oğlu 2003-ci il təvəllüdlü Ağayev Nəriman Bayram oğlu dava zamanı bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.APA

Read More
Kriminal 

Bakıda yaşadığı qadının başını kəsən şəxs: “Dedi ki, arvadını at, gəl mənimlə yaşa” – VİDEO

Paytaxtda yaşadığı qadının başını kəsən şəxsə hökm oxunub. Baku TV xəbər verir ki, hadisə 2019-cu ilin sentyabrında baş verib. Belə ki, həmin ilin sentyabrın 7-də könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gələn şəxs tanışı, 1984-cü il təvəllüdlü Günel Bağırovanı qətlə yetirdiyini bildirib və cinayətin aləti olan bıçağı polisə təqdim edib. Məlum olub ki, həmin şəxs 1988-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olan, Sabunçu qəsəbəsində yaşayan Xaləddin Hüseynovdur. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Мəhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Günel Bağırovanın…

Read More
Kriminal 

Bakıda mənzildən meyit tapıldı: Ölənin qardaşı saxlanıldı

Martın 18-də saat 23 radələrində Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkənin qardaşı, 1969-cu il təvəllüdlü Elçin Camalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı…

Read More