Daşkəsəndə 58 yaşlı kişi bıçaqlanıb
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.
1964-cü il təvəllüdlü İsmayılov İqbal Müseyib oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
58 yaşlı kişinin dostu tərəfindən bıçaqlandığı bildirilir. Məlumata görə, onların hər ikisi sərxoş vəziyyətdə olub.Faktla bağlı araşdırma aparılır.

