Bölgə Region Xəbərləri 

Bərdədə anormal hava şəraiti soğan təsərrüfatına bir sıra xəstəliklər salıb-Vİdeo

Əkin sahələrində soğan yığımı aparılır. Görüntülər Bərdə rayonundandır. Hər bir xörəyə dad verən bu qida məhsulu ötən illə müqayisədə azdır. Kəndlilər becərdikləri məhsulun satış qiymətindən də razıdırlar. Aqrotexniki qaydalara uyğun yetişdirilən soğan kəndlinin gözlədiyindən az məhsul verib.Ötən il bir hektar sahədən 50-60 ton məhsul götürülürdüsə bu il bir hektar sahədən 25-30 ton məhsul gözlənilir.Bu il qiymətlər də dəyişib.Ötən ilə nisbətən bahalaşıb.Soğanın bir kiloqramını kəndlilər 35-40 qəpiyə satırdılarsa, bu il bu rəqəmlər 50-55 qəpik arası dəyişir. Məhsulun alıcısı da var. Təsərrüfat sahibləri soğanı elə yerində satırlar. Fermerlerin sözlərinə görə, soğan istehsalında…

Read More
Bölgə Manset Region Xəbərləri 

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir-VİDEO

Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülmüşdür. Bərdə Rayon Mədəniyyət Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini, Bərdə rayonuna səfərlərini özündə əks etdirən sərgiyə baxış…

Read More
Bölgə 

Ağdama dolu yağıb

Arantv.az xəbər verir ki, yağıntı rayonun Quzanlı, Mirəşelli, Əhmədağalı, Sarıcalı kəndlərinə düşüb. Qısa müddət ərzində davam edən dolu, daha sonra leysan yağışla əvəz olunub. Rayonun bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda qeyri-sabit hava şəraiti davam edir.

Read More
Bölgə 

Xarici səyyahlar Ağdamda olublar – FOTO

“Club 100” təşkilatının 30-dan çox səyyahdan ibarət nümayəndə heyəti bu gün Ağdamda olub. “Report” xəbər verir ki, Skandinaviya ölkələrindən gələn tanınmış səyyahlar erməni vandalizminin sübutlarını öz gözləri ilə görüb, eləcə də Ağdamda aparılan bərpa işlərinin gedişi ilə tanış olublar. Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyyahlar elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq. Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas…

Read More
Bölgə Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir -FOTO

Öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülmüşdür. Bərdə Rayon Mədəniyyət Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini, Bərdə rayonuna səfərlərini özündə əks etdirən sərgiyə baxış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Bərdə rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayev Azərbaycan…

Read More
Bölgə Region Xəbərləri 

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təntənəli bayram konserti keçirilmişdir

Xalqımızın Ümummilli Lideri müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə şəhərində konsert proqramı təşkil edilib. Bərdə şəhər Mərkəzi meydanında baş tutan konsertdə rayon sakinləri respublikamızın tanınmış incəsənət xadimlərinin və rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin müxtəlif musiqi nömrələrini dinləyiblər. Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Prezident təqaüdçüsü, əmək qəhrəmanı, Ulu öndərlə dəfələrlə görüşmüş Tərlan Musayeva, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrin kollektivləri, gənclər, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Konsertin sonunda rayon…

Read More
Bölgə 

Füzuli rayonunun Qarakollu kəndi – FOTO

Füzuli rayonunun Qarakollu kəndi dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi yerlə-yeksan edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 14-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qarakollu kəndinin görüntülərini təqdim edir.  

Read More
Bölgə Region Xəbərləri 

Bərdədə şəhid və qazi övladları sünnət edildi-VİDEO

Bərdədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bərdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Şəhid və Qazi övladları üçün növbəti xeyriyyə tədbiri keçirilib. 50-yə yaxın Şəhid, Qazi və aztəminatlı ailənin övladları sünnət edilib, adlarına kiçik toy məclisi düzənlənib. Məclis təmənnasız şəkildə “Princ” restoranında baş tutub. Bu xeyirxah əməldə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədovun, eləcə də Şəhid anaları, Mehparə Qəribova, Xuraman Naibova,və Pərvanə Nadirovanın da xüsusi rolu olub. Tədbirdə adları çəkilən şəxslərlə yanaşı, şəhid,qazi ailələri, rayon içtimayətinin nümayəndələri də iştirak ediblər. Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin…

Read More
Bölgə 

Naxçıvan Heydər Əliyev Muzeyinə yeni status verilib

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə yeni status verilib. APA xəbər verir ki, muzeyə “muxtar respublika” statusunun verildiyi açıqlanıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq bu gün bununla bağlı qərar verib. Qeyd edək ki, Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcək.

Read More