Siyasət 

Volodimir Zelenski Ukraynaya yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycandan 11 yardım paketi aldıqlarını, bu yardıma görə Azərbaycana təşəkkür edib. Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız, cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb”.

Read More
Siyasət 

Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə

Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri gözlənildiyi kimi Z-blogerlər adlanan media seqmentində (Rusiya) kəskin reaksiyalara səbəb olub. Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə fəaliyyət göstərən bu dairələr səfəri sərt ifadələrlə tənqid edir, onu “təxribat” və “yanlış addım” kimi təqdim etməyə çalışırlar. Z-kanallar arasında sanki “yarış” başlayıb – hər biri daha sərt ritorika ilə çıxış etməyə cəhd edir. Bununla belə, müşahidəçilər bu reaksiyalarda açıq ikili standartların olduğunu vurğulayırlar. Belə ki, vaxtilə Rusiya Ermənistan rəhbərləri – Robert Koçaryan və Serj Sərkisyanı yüksək səviyyədə qəbul edib. Həmin dövrdə Azərbaycanın əraziləri işğal altında idi və…

Read More
Siyasət 

Azərbaycan–Ukrayna əlaqələrində yeni mərhələ başlayır-mühüm açıqlamalar

“Azərbaycan-Ukrayna münasibətləri qarşılıqlı hörmətə, etimada və strateji baxışa əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. İki ölkə arasındakı əlaqələr təkcə siyasi-iqtisadi münasibətlər çərçivəsində deyil, eyni zamanda xalqlar arasında humanitar yaxınlaşma və qarşılıqlı dəstək müstəvisində də inkişaf edir. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və dövlətimizin başçısı cənab İlham Əliyevin onunla aprelin 25-də Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm və geniş imkan yaratdı”. Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Onun sözlərinə görə, son illərdə Azərbaycan–Ukrayna əməkdaşlığında humanitar istiqamət…

Read More
Siyasət 

Zelenskidən sensasion açıqlama: Rusiya ilə danışıqlar Bakıda ola bilər

Hazırda Azərbaycanda – Qəbələ rayonunda səfərdə olan və Prezident İlham Əliyev ilə təkbətək görüş keçirən Ukrayna prezidenti Volodimir Zelenski dünya mediasının diqqətini çəkən olduqca mühüm açıqlama ilə çıxış edib. O bildirib ki, Rusiya ilə danışıqların məhz Azərbaycanda keçirilməsi mümkündür. Musavat.com xəbər verir ki, bu bəyanat 2022-ci ilin fevralından bəri davam edən və yüz minlərlə insanın həyatına son qoyan Rusiya–Ukrayna müharibəsinin fonunda yeni diplomatik mərhələnin başlaya biləcəyinə işarə kimi qiymətləndirilir. Musavat.com-un yanaşmasına görə, Zelenskinin Bakını danışıqlar platforması kimi irəli sürməsi təsadüfi deyil. Bu, bir tərəfdən Ukraynanın münaqişənin siyasi-diplomatik yolla həllinə açıq olduğunu…

Read More
Siyasət 

Ayxan Hacızadədən SƏRT BƏYANAT: Bu, yolverilməzdir və dərhal silinməlidir

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə mer Zohran Kvame Məmdaninin anti-Azərbaycan bəyanatını tənqid edərək, ictimai xadimləri dezinformasiya yaymaqdan çəkinməyə və barışığa töhfə verməyə çağırıb. Musavat.com xəbər verir ki, bu barədə o “X” sosial şəbəkəsində yazıb. “Mer Zohran Kvame Məmdani, ictimai xadimlər məsuliyyətlə davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, eləcə də tarixi cəhətdən yalan bəyanatlar vasitəsilə ayrılığı dərinləşdirməyə deyil, barışığa töhfə verməlidirlər. Biz Sizin təxribat xarakterli bəyanatınızı rədd edirik”, – Hacızadə yazıb.

Read More
Siyasət 

Azərbaycan–Ukrayna əlaqələri: tarixi bağlardan müasir strateji tərəfdaşlığa

“Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri strateji mesaj kimi dəyərləndirilə bilər. Çünki beynəlxalq münasibətlər sistemində iki dövlət arasında əlaqələr yüksək səviyyədə olduqda ölkə başçılarının qarşılıqlı səfərləri, birgə sənədlərin imzalanması, hansısa mühüm məsələlərin təkbətək formatda müzakirəsi diplomatik praktikanın tərkib hissəsidir. Bu baxımdan bu gün də Ukrayna prezidentinin məhz təkbətək formatda keçirilən görüşlərdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparması göstərir ki, səfər olduqca vacib xarakter daşıyır. Xüsusilə davam edən münaqişələr və müharibələr fonunda bu səfərin əhəmiyyəti daha da artır”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. Millət vəkili qeyd edib ki, bu səfərdən…

Read More
Siyasət 

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – VİDEOFOTOYENİLƏNİB

Qəbələdə aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Musavat.com xəbər verir ki, əvvəl Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı -Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam…

Read More
Siyasət 

Azərbaycan və Ukrayna arasında 6 sənəd imzalanıb

Ukrayna Prezidenti Volodimir Zelenski səfər çərçivəsində Azərbaycanla 6 sənəd imzalandığını deyib. Musavat.com xəbər verir ki, bu barədə Volodimir Zelenski Azərbaycan və Ukrayna prezidentlərinin mətbuata bəyanatı zamanı qeyd edib. O bildirib ki, heyətləri bu sənədlərlə bağlı birmənalı olaraq fikir mübadiləsi aparacaq: “Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq”.

Read More
Siyasət 

Türkiyə XİN: Cənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü bir cavabdır

Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə verdiyi güclü bir cavabdır. Musavat.com xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmi şəxslərinin 1915-ci il hadisələrinə dair verdiyi bəyanatlarla bağlı yaydığı yazılı açıqlamada yer alıb. Açıqlamada bəzi üçüncü ölkə siyasətçilərinin məsələni dar siyasi hesabları üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərinin üstünü örtməyə cəhd kimi müşahidə olunduğu ifadə edilib. Əsrlərboyu birlikdə yaşama mədəniyyətinin ən güclü nümunələrini özündə barındıran Türkiyənin 1915-ci il hadisələrinin ədalətli və…

Read More
Siyasət 

Hikmət Hacıyev çinli nazirlə əməkdaşlığı müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberfəza İdarəsinin naziri Çjuan Junvenlə ikitərəfli əməkdaşlığı müzakirə edib. Musavat.com xəbər verir ki, bu barədə H.Hacıyev özünün “X” hesabında məlumat paylaşıb. “Azərbaycan və Çin arasındakı hərtərəfli strateji tərəfdaşlıq əsasında Çinin Kiberfəza İdarəsinin naziri cənab Çjuan Junvenlə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media və dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə etdik”, – deyə o qeyd edib.  

Read More