Siyasət 

İlham Əliyev latviyalı həmkarının səfəri ilə bağlı paylaşım etdi – FOTO

Prezidenti İlham Əliyevin sosial media hesablarında latviyalı həmkarının Azərvaycana səfəri ilə bağlı paylaşım edilib. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin “X” sosial şəbəkə hesabında paylaşımında bildirilir: “Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

Read More
Siyasət 

Azərbaycan Prezidenti: Son iyirmi ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub

Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Musavat.com xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib. “Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub”, – deyə dövlətimizin başçısı bildirib.

Read More
Siyasət 

Latviya Prezidenti: Ağ Şəhər mənə çox böyük təəssürat bağışladıVİDEO

Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı. Musavat.com xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda çıxışında deyib. “Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir”, – Latviya Prezidenti bildirib.

Read More
Siyasət 

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib

Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. Musavat.com xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib. “Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm. İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə…

Read More
Siyasət 

Qafqaz Albaniyası irsi necə mənimsənildi? 44 günün ardından üzə çıxan həqiqətlər və bir daha təsdiq olunan erməni vandalizmi

Azad etdiyimiz ərazilərdə guya “erməni irsinin dağıdılması” ilə bağlı səsləndirilən iddialar, ilk növbədə, uzun illər ərzində Azərbaycan torpaqlarında həyata keçirilmiş sistemli və məqsədyönlü vandalizmin üzərini örtmək cəhdidir. Çünki real faktlar göstərir ki, məhz işğal dövründə Azərbaycanın tarixi-dini və mədəni irsi misli görünməmiş vəhşiliklə məhv edilib, talan olunub və mənimsənilib. İşğal altında qalmış ərazilərdə yüzlərlə tarixi-dini abidə qəsdən dağıdılıb, onların bir qismi yerlə-yeksan edilib, digərləri isə saxtalaşdırılaraq öz mənşəyindən uzaqlaşdırılıb. Bu, təsadüfi dağıntı deyil, planlı şəkildə həyata keçirilmiş mədəni təmizləmə siyasətinin açıq göstəricisidir. Bütöv bir xalqın yaddaşı sistemli şəkildə silinməyə çalışılıb. Xüsusilə…

Read More
Siyasət 

MSK üzvü olan iki şəxs YAP-ın siyahısına daxil edilməyib

Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Mərkəzi Seçki Komissiyasının üzvlüyünə təqdim etdiyi 6 namizədin sırasında hazırda MSK-da YAP-ı təsdiq edən üzvlərdən ikisinin adı yer almayıb. Onlardan biri sabiq deputat Şaiddin Əliyev, digəri isə Validə Kazımovadır. Musavat.com-un bir ay öncə yazdığı “MSK-da “təmizləmə”: köhnə heyətin yarısı gedir – Hakimiyyət yeni seçki komandası qurur” xəbəri təsdiqlənmiş oldu. Hakim partiya adı çəkilən şəxslərin yerinə Elmar Eldar oğlu Məmmədovu və Elnarə Eyyub qızı Mustafayevanın namizədliyini təsdiqləyib. Elmar Məmmədov hazırda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin əməkdaşıdır. Elnarə Mustafayeva isə hakim partiyanın Yasamal Rayon Təşkilatının sədr…

Read More
Siyasət 

Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh var – Prezident

“Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”. Musavat.com xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib. Dövlət başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb. Həmçinin İlham Əliyev həmkarına Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə…

Read More
Siyasət 

YAP İdarə Heyətinin iclası keçirilib

Aprelin 22-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. “İki sahil” xəbər verir ki, iclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb. YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının…

Read More