Siyasət 

Prezident həmkarını qarşıladı – FOTOLAR

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də rəsmi qarşılanma mərasimi olub. Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verdi. Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçdi. Dövlət başçıları rəsmi…

Read More
Siyasət 

Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Latviyanın Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Musavat.com xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

Read More
Siyasət 

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

Read More
Siyasət 

Milli Məclisdə vacib müzakirələr gözlənilir

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 8 məsələ müzakirə olunacaq. Parlament sədri giriş nitqində Türkiyəyə səfəri, iştirak etdiyi beynəlxalq tədbir, keçirdiyi mühüm görüşlərlə bağlı məlumat verib. Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılacaq. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

Read More
Siyasət 

TƏCİLİ! Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.

Read More
Siyasət 

Milli Məclisdən Belçika və Niderland parlamentlərinə SƏRT ETİRAZ

Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib, Azərbaycanın Milli Məclisi isə bu addımı qınayıb. Musavat.com xəbər verir ki, bu fikirlər Milli Məclisin məsələ ilə bağlı açıqlamasında yer alıb. “Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir”, – açıqlamada qeyd olunub. “Azərbaycan ilə Ermənistan arasında…

Read More
Siyasət 

TƏCİLİ:2 ölkənin səfirləri XİN-ə çağırıldı

Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Bu barədə Musavat.com-a Azərbaycan XİN-dən məlumat verilib. Qeyd olunub ki, görüşlər zamanı 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib. Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.…

Read More
Siyasət 

Ceyhun Bayramov şri-lankalı nazirlə nələrdən DANIŞDI?FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Kənd İnkişafı, Sosial Təminat və İcmaların Səlahiyyətləndirilməsi naziri Upali Pannilage ilə görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb. Qeyd edilib ki, nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişafını yüksək qiymətləndirib, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Bundan əlavə Şri-Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib. Görüşdə…

Read More
Siyasət 

Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək…

“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanın son apelyasiyasını rədd edərək, ölkə hökumətini bir daha erməni dustaqların saxlanma şəraiti və sağlamlığı haqda məlumat verməyi tələb edib”. Bu barədə erməni mediası İrəvandakı Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzin istinadla yazıb. Həmçinin, iddia olunur ki, AİHM Azərbaycana bu il avqustun 31-i tarixinədək Bakıdakı erməni məhbuslara verilən hökmlərin surətlərini təqdim etməyi tapşırıb: “Bura hakimlərin çıxardığı hökmləri əsaslandıran dəlil-sübutlar da daxil edilməlidir”. “Hesabatda bildirilir ki, Azərbaycan vaxtaşırı AİHM-dən məhkəmənin müvəqqəti qərarını ləğv etməyi xahiş edir. Bu qərara əsasən, Bakı Azərbaycanda saxlanılan erməni məhbuslar, o cümlədən onların saxlanma…

Read More