Siyasət 

Tehranın tarixi qələbə bəyanatı: “Düşmən diz çökdü, hədəflər fəth olundu”

İran Ali Milli Təhlükəsizlik Şurası ölkə xalqına müraciət edərək rəsmən qələbə elan edib. Bəyanatda bildirilir ki, İran övladlarının fədakarlığı sayəsində düşmən bir aydan artıqdır ki, İranın və Müqavimət qüvvələrinin sarsıdıcı atəşini dayandırmaq üçün yalvarır. Ölkə rəhbərliyi isə düşmənin tam peşmançılığına və uzunmüddətli təhdidlərin aradan qaldırılmasına qədər bu xahişləri rədd edib. 40 gün davam edən qarşıdurma nəticəsində İranın bütün hərbi hədəflərinə çatdığı və ABŞ prezidentinin ultimatumlarının boşa çıxdığı vurğulanır. Musavat.com xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin fərmanı ilə İslamabadda yekun detalların razılaşdırılması üçün danışıqlara razılıq verilib. İran…

Read More
Siyasət 

Prezident FƏRMAN imzaladı

Prezident İlham Əliyev “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsi barədə” 17 mart 2026-cı il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. Musavat.com xəbər verir ki, fərmana əsasən, “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar” təsdiq edilib. Nazirlər Kabineti üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir: – “Yerin təki haqqında” qanunun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və…

Read More
Siyasət 

İlham Əliyev bu sənədi təsdiqlədi

“Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir. Xatırladaq ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.

Read More
Siyasət 

Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pislədi

Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib. Musavat.com xəbər verir ki, XİN bu barədə “X” hesabında yazıb. “Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır”, – məlumatda bildirilir. Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.

Read More
Siyasət 

İlham Əliyev Muhsin Şentürkü qəbul etdi – FOTO

Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib. Musavat.com xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib. Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edilib. Görüşdə…

Read More
Siyasət 

Prezident İlham Əliyev onları təltif etdi – SİYAHI

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant “Vətən uğrunda” medalı ilə Babayev Elmar Elxan oğlu – mayor İsmayılov Nicat Əbülfəz oğlu – mayor Quliyev Rüfət Qüdrət oğlu – mayor Mədətov Fərid Fikrət oğlu – mayor Babazadə Vaqif Elçin oğlu – kapitan Səmədov Mədət Fərzulla oğlu…

Read More
Siyasət 

Bakı-Yeni Dehli xəttində buzlar əriyir – Hindistanın Ermənistan kartı iflasa uğradı

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərdə sualların sayı artmışdı. Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmasından narahat idi. Halbuki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil”. Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib. Onun fikrincə, Bakı və Yeni Dehli aralarındakı fikir ayrılıqlarını ortadan qaldırmağa həvəslidirlər: “ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi, Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə…

Read More
Siyasət 

“Ermənistan tarixi şansı qaçırır, regionda kommunikasiya üstünlüyü Azərbaycan və Gürcüstana keçir”

Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Prezidentin Gürcüstana səfəri fonunda regiondakı geosiyasi və kommunikasiya proseslərini şərh edib. Sabiq nazir bildirib ki, Ermənistanın hazırkı siyasəti onu regionun əsas nəqliyyat və kommunikasiya layihələrindən kənarda saxlayır və bu vəziyyət Azərbaycanla Gürcüstanın rolunu daha da gücləndirir. Zülfüqarovun açıqlamasını peşəkar şəkildə Azərbaycan dilinə tərcümədə olduğu kimi təqdim edirik: “Prezidentimizin Gürcüstana səfəri və Avrasiyanın “quru Süveyş kanalı”… Kremlin “1 aprel polemikası” Paşinyanın ətrafında baş verənlər məndə belə bir qənaəti daha da möhkəmləndirdi ki, o, faktiki olaraq TRIPP layihəsinin praktik reallaşdırılmasını qarşıdakı…

Read More
Siyasət 

Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. Musavat.com xəbər verir ki, aprelin 10-u keçiriləcək plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi. 2. Əmək Məcəlləsində və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 3. “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş). 4. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş). 5. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”…

Read More
Siyasət 

Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq

Macarıstan Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan bərpa işlərinə 30 milyon dollar qrant ayıracaq. “İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci ildə üzrə hesabatında qeyd edilib. Bildirilib ki, bununla bağlı Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Macarıstan Yardım Agentliyi arasında “Azərbaycan Respublikası Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisi çərçivəsində yaşayış binalarının yenidən qurulması” layihəsi ilə bağlı qrant vəsaitinin qəbuluna dair Təsdiq Məktubu” imzalanıb. Sənəd Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Read More