Siyasət 

Ataquliyev Azərbaycana gəldi

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib. Musavat.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More
Siyasət 

Ünal Üstel Azərbaycana gəlib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.

Read More
Siyasət 

TDT-nin baş nazirləri Bakıda

İstanbul və Macarıstandan sonra təşkilatın Azərbaycan paytaxtında iki gün davam edəcək daha yüksək səviyyədə görüşü başlayır Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü 1-2 aprel tarixlərində Bakıda keçiriləcək.  Baş nazirlər görüşdə iqtisadi, nəqliyyat və logistika məsələlərini müzakirə edəcəklər. Bu görüş İran müharibəsi səbəbindən regional gərginlik fonunda daha fərqli məna qazanır. Qeyd edək ki, İran müharibəsi başlayandan bəri təşkilat daxilində fəal müzakirələr aparılır. Yada salaq ki, martın 8-də  İstanbulda Türk Dövlətləri Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçirildi. Naxçıvana PUA,  Türkiyəyə raket atılması pislənildi. Ötən həftə isə TDT …

Read More
Siyasət 

Baş nazir yeni qərar imzaladı

Nazirlər Kabineti 1 may 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyəri 5 000 manatdan az olan daşınar əmlakın “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə satışı üçün sifarişlərin verilməsinin, tələblərin təmin edilməsinin növbəliyi öyrəniləcək. İndiyə qədər hərracların və yaxud dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində satışı üçün sifarişlərin verilməsinin,…

Read More
Siyasət 

31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixi yaddaş və həqiqətlərin dünyaya çatdırılması

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixi yaddaşında silinməz iz buraxmış faciələrin anım günüdür. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğınlar yalnız bir dövrün faciəsi deyil, xalqımıza qarşı uzun illər davam etdirilən məqsədli etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi isə məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi ilə mümkün olmuşdur. 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart günü dövlət səviyyəsində anım günü…

Read More
Siyasət 

31 Mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsidir

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, son 200 il ərzində şovinist erməni millətçiləri özlərinin məkrli siyasəti, heç bir tarixi əsasa sığmayan uydurma “Böyük Ermənistan” yaratmaq ideyalarını gerçəkləşdirmək məqsədilə misli görünməmiş cinayətlər törətmiş, soydaşlarımıza qarşı etniktəmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdirlər. Ermənilərin bu məkrli niyyətləri və əməlləri beynəlxalq hüququn ən kobud şəkildə tapdalanması ilə bərabər, eyni zamanda dünya tarixində erməni şovinizminin nə qədər qəddar və amansız olduğunun daha bir sübutudur. Qan yaddaşımıza yazılmış 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarş törədilmiş soyqırımı isə tariximizdə amansızlığı və vəhşiliyi ilə qalacaq. Belə ki,…

Read More
Siyasət 

Prezidentdən onları sevindirəcək FƏRMAN – Hər ay 700 manat VERİLƏCƏK

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla təqaüdün aylıq məbləği 700 manat müəyyən edilib. Prezident təqaüdü minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun…

Read More
Siyasət 

İlham Əliyev Sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilməsi haqqında sərəncam imzalanıb. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 10, maddə 1147) ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 9-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1. 9.1.2.1-ci, 9.1.3.3-cü və 9.3.5.5-ci abzasların “Əsas icraçılar…

Read More
Siyasət 

SON DƏQİQƏ: Prezident fərman İMZALADI

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Saziş 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb. Dövlət başçısının digər Fərmanı ilə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” də təsdiqlənib.

Read More