Şənbə, 27 İyn, 2026

Şimali Kiprin spikeri Azərbaycana GƏLDİ

Şimali Kiprin parlament sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Musavat.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində ŞKTC sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb. Publika.az xəbər verir ki, 10 vaqondan ibarət, ümumi çəkisi 700 ton olan buğda Böyük Kəsik istiqamətində göndəriləcək. İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq […]

Prezident onları təltif etdi – SİYAHI

Azərbaycanda bir sıra dövlət qulluqçuları təltif edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Tərəqqi” medalı ilə Abdullayev Həbib Fərhad oğlu; Ağakərimov Akif Ağakərim oğlu; Ağayeva Aynurə Ərəstun qızı; Allahverdiyeva Rəvanə Çingiz qızı; Bəylərova Təranə Yunus qızı; Cabbarov Vilayət Hidayət […]

Prezidentlər Şuşada birinci yaşayış kompleksində – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. Musavat.com xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina […]

Şuşa məscidində tikinti işləri ilə tanış oldular – FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Musavat.com xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır. Zəfər […]

Prezident ona yüksək vəzifə verdi

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Hüseyn Əliyev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Hüseyn Əliyev dövlət sektorunda 13 ildən artıq idarəetmə təcrübəsinə malikdir. O, 2013-2026-cı illərdə Təhsil Nazirliyində şöbə müdiri və nazirin müşaviri, Vergilər və İqtisadiyyat nazirliklərində nazirin müşaviri, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətində rəisin […]

Prezidentlər Şuşada güllələnmiş büstlərə baxdılar – FOTOLAR

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Musavat.com xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verildi. Məhz Ulu Öndər […]

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində oldular – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşada Bülbülün ev-muzeyində olublar. Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonağa Bülbülün ev-muzeyi barədə məlumat verdi. Bildirdi ki, atasının anadan olduğu və uşaqlıq illərini keçirdiyi bu ev Ulu Öndərin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 1982-ci ildə […]