Siyasət 

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, başsağlığında deyilir: “Hörmətli cənab Baş nazir. Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır. Azərbaycan ilə Gürcüstan…

Read More
Siyasət 

Bu nazirin müavinlərinin sayı 6-ya çatdı – FƏRMAN

Prezident İlham Əliyev “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb. Nazirin artıq Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən beş deyil, altı müavini olacaq. Qeyd edək ki, hazırda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Onun 5 müavini var. Bunlar Rəhman Hümmətov, Samir Məmmədov, Cavid Qurbanov, Elmin Məmmədov və Saməddin Əsədovdur.

Read More
Siyasət 

Milli Məclis Prezidenti və Birinci vitse-prezidenti təbrik etdi

Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, bu barədə spiker Sahibə Qafarova parlamentin plenar iclasının yekununda təklif səsləndirib. Milli Məclis Sədrinin təşəbbüsü deputatlar tərəfindən alqışlarla qarşılanıb. Spiker deputatları və media nümayəndələrini də bayramlar münasibətilə təbrik edib.

Read More
Siyasət 

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında məlumat yayılıb. Bildirilib ki, nazirlər regionda davam edən vəziyyətin son inkişafları barədə fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran ikitərəfli məsələləri müzakirə ediblər. (Report)

Read More
Siyasət 

Hikmət Hacıyevdən Azıx mağarası ilə bağlı paylaşım – VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə yerləşən Azıx mağarası ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı “X” sosial media hesabında paylaşım edib. O qeyd edib ki, Azıx mağarası Qafqazda və ümumilikdə Avrasiya məkanında ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunur: “Hazırda burada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir. Bu araşdırmaların Neandertalların, Homosapienslərin fəaliyyətinə, eləcə də onların bölgədə birgə mövcudluğu və ya paralel şəkildə məskunlaşması ehtimalına dair mühüm elmi məlumatlar ortaya qoyacağı gözlənilir”.

Read More
Siyasət 

Samir Nuriyev Xocavənddə iclas keçirdi – Məmurlara tapşırıqlar verildi – FOTOLAR

Prezident Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. Musavat.com xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. S.Nuriyev deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına…

Read More
Siyasət 

Prezident bir sıra hərbçiləri təltif etdi- Siyahı

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir sıra hərbi qulluqçuları təltif edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Hüseynov Ramil Arif oğlu – mayor “Hərbi xidmətlərə görə” medalı ilə Mövlayev Samir Yaqub oğlu – mayor; Abbasov Elsevər Məhəmməd oğlu – kapitan; Eldarov Zaur Səvzixan oğlu – kapitan; Hüseynov Elçin Allahverdi oğlu – kapitan; Fərzəliyev İlkin Mirzə oğlu – leytenant; Vahabzadə Şahin…

Read More
Siyasət 

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib. Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəf alınmamasının zəruriliyi vurğulanıb. Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti…

Read More
Siyasət 

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiyaya başsağlığı verib. “İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Efiopiyada baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində insanların həlak olması və çoxsaylı yaralanmalar bizi dərindən kədərləndirdi. Həyatını itirənlərin ailələrinə, Efiopiya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, bu fəlakətdən zərər çəkən insanlarla həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə və tam sağalma arzulayırıq”, – paylaşımda qeyd olunub.

Read More
Siyasət 

Baş nazir parlamentə gəlib

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Musavat.com-un məkumatına görə, iclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək. Baş nazir Əli Əsədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iclasda iştirak edir.

Read More