Siyasət 

Prezidentin tapşırığına əsasən İrana humanitar yardım GÖNDƏRİLDİ

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. Musavat.com-un məlumatına görə, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Read More
Siyasət 

İlham Əliyev Müctəba Xameneyini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyiyə təbrik məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, mətndə deyilir: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri. İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Atanız – İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə…

Read More
Siyasət 

Hakan Fidan Ceyhun Bayramova zəng etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Söhbət zamanı regiondakı gərginliyin azaldılması müzakirə edilib. H.Fidan eyni mövzuda Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla da telefon danışığı aparıb.

Read More
Siyasət 

Leyla Əliyeva sərgidə iştirak etdi – Fotolar

“Gazelli Art House”da “Her Art in Action” festivalının 2026-cı il buraxılışının açılış mərasimi keçirilib. Publika.az xəbər verir ki, festivalın ilk günündə VarYox incəsənət və mədəniyyət platforması və “Gazelli Art House” Bakı qalereyasının birgə əməkdaşlığı çərçivəsində “Mənzərəyə açılan ev” mövzusunda qrup sərgisinin nümayişinə başlanılıb. Sərgidə Leyla Əliyevanın da rəsm əsərləri yer alır. Leyla Əliyeva sərgidə iştirak edib, nümayiş etdirilən əsərlərə baxış keçirib. Leyla Əliyevaya festival barədə məlumat verilərək bildirilib ki, “Her Art in Action”, VarYox incəsənət və mədəniyyət platforması tərəfindən təsis edilərək həyata keçirilən illik proqramdır və incəsənət sahəsində gender bərabərliyinin təşviqinə,…

Read More
Siyasət 

Niderlandın XİN rəhbəri İranın Naxçıvana hücumunu pislədi

Niderlandın xarici işlər naziri Tom Berendsen azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb. T. Berendsen bununla bağlı “X”dəki hesabında məlumat yayıb. “Niderland İranın bu hücumunu pisləyir”, – Berendsen bildirib və əlavə edib ki, ölkəsi Azərbaycanla həmrəydir: “Gələcək eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır”. O qeyd edib ki, bölgədə qalan səyahətçilərin təhlükəsiz şəkildə geri qaytarılması barədə azərbaycanlı həmkarı ilə fikir mübbadiləsi aparıb. (Report)

Read More
Siyasət 

Beynəlxalq ictimaiyyət İranın Azərbaycan ərazisinə dron hücumlarını qınayır

Müxtəlif ölkələrin rəhbərləri və rəsmiləri, həmçinin beynəlxalq təsisatlar Azərbaycan ərazisinin İran tərəfindən dron hücumuna məruz qalmasını pisləyən bəyanatlar yayıb, müxtəlif səviyyələrdə ölkəmizə dəstək və həmrəylik nümayiş etdiriblər. “İki sahil” AZƏRTAC-a istinadla məsələ ilə bağlı Azərbaycanı dəstəkləyən və onunla həmrəylik göstərən ölkələrin və təşkilatları təqdim edir. Albaniya Albaniya Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə telefon danışığı zamanı İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qınadığını bildirib. Bu ölkənin Baş naziri Edi Rama isə “X” hesabındakı paylaşımında Azərbaycan ərazisinə edilən hücumu İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz…

Read More
Siyasət 

Prezidentin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü ilə bağlı PAYLAŞIM

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram”.  

Read More
Siyasət 

Məhəmməd Yunis Əl-Mənfi İlham Əliyevə zəng etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məhəmməd Yunis Əl-Mənfi İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumunu qınayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş olunan həmrəyliyə görə təşəkkür edib. Telefon söhbəti zamanı Azərbaycanla Liviya arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Read More