Siyasət 

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qazaxıstanın hər bir sahədə əldə etdiyi sanballı uğurları, iqtisadi inkişafı, əhalinin rifahının artması və beynəlxalq aləmdə yüksək nüfuz qazanması Sizin rəhbərliyiniz altında ölkədə aparılan əhəmiyyətli islahatların və yorulmaz fəaliyyətinizin nəticəsidir. Xalqlarımızın ortaq tarixi-mədəni kökləri dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Qardaş ölkələrimiz arasında…

Read More
Siyasət 

Kreml-Bakı münasibətlərində sirli yumşalma – İLGİNC DETALLAR

Məlum olduğu kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Kreml və Prezident Administrasiyasının yaydığı rəsmi məlumatda qeyd olunur ki, liderlər bu telefon danışığını oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində baş tutan görüşün məntiqi davamı kimi keçiriblər. Müzakirələr zamanı iki ölkə arasında ikitərəfli gündəliyin aktual məsələləri diqqət mərkəzində olub. Dövlət başçıları iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat-logistika sahələrində yeni birgə layihələrin icrası ilə bağlı qarşılıqlı maraqlarını bir daha təsdiqləyiblər. Eyni zamanda, telefon söhbətində regional əməkdaşlığın müxtəlif aspektlərinə və beynəlxalq vəziyyətə də toxunulub.…

Read More
Siyasət 

Fəzail Ağamalının oğlu qurultay görüntülərini yaydı – AVP-də sədr qalmaqalı dərinləşirVİDEO

Musavat.com xəbər verir ki, Ana Vətən Partiyasının (AVP) növbədənkənar qurultayında baş verən qarşıdurma ilə bağlı yeni video görüntülər yayılıb. Sözügedən görüntüləri partiyanın qurucusu, sabiü millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial şəbəkələrdə paylaşıb. Elçin Ağamalı iddia edir ki, qurultayda keçirilən səsvermə nəticəsində o, partiyanın yeni sədri seçilib. Onun sözlərinə görə, 155 nümayəndədən böyük çoxluğu onun namizədliyini dəstəkləyib: “Səsvermə proseduru tam şəkildə keçirildi. Nümayəndələrin əksəriyyəti mənim lehinə səs verdi və nəticə elan olundu”. Lakin AVP-nin qurucusu və uzun illər partiyaya rəhbərlik etmiş Fəzail Ağamalı bu nəticəni qəbul etmir. Onun mövqeyinə…

Read More
Siyasət 

Paşinyandan Əliyevə şok sözlər – baş nazirin sui-qəsd xofu

Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama: “İstəyirsiniz ki, məni öldürsünlər?”; Kapitulyant ölkənin lideri niyə təlaşlıdır? “Nikol Paşinyan Ermənistandan qaçacaq”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert Hayk Nahapetyan deyib. O iddia edib ki, Ermənistan müxalifətinin bunun üçün imkanı var. Nahapetyan maraqlı fikir də səsləndirib. O deyib ki, əgər Paşinyan qaçsa, onun komandasında olan məmurları həbs etməyəcəklər. “Biz onları və Paşinyanın yaxın adamlarını Azərbaycana təhvil verib, əvəzində Bakıda saxlanılan erməniləri alacağıq”. Erməni revanşistin bu sərsəm fikirləri ciddi şəkildə tirajlanır. Ermənistanda seçki yaxınlaşdıqca ən idbar və banal fikirlər də…

Read More
Siyasət 

Azərbaycanın dostu olan nazirə hücum- SKANDAL

Ölkəmizdən qayıdan xanım Sadiqi hədəfə alındı – skandal olaya Bakıdan reaksiya  İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır. Modern.az-ın məlumatına görə, nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib. Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından…

Read More
Siyasət 

SON DƏQİQƏ! Prezident mühüm sərəncam İMZALADI

İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Read More
Siyasət 

İrəvana niyə getmərəm?

Dövlət 44 günlük müharibədə qisasını aldı, barışmaq da, bağışlamaq da onun ixtiyarındadır… Birinci Qarabağ savaşı (mənə görə bu tarix Xankəndidə ilk “miatsum” mitinqindən, yəni 1987-ci ilin 13 fevralından hesablanmalıdır) başlayan ərəfədə Ermənistanda idik. Soxaya qalmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) dörd bir yanından yuxarı sinif şagirdlərini SSRİ-nin bir neçə paytaxtına səfərə aparmışdılar. Bakıdan sonra İrəvana, oradan Tiflisə, oradan da Kiyevə getdik. Ermənilər Bakıda özlərini “quzu balası” kimi aparsalar da, İrəvan havasında dəyişdilər, bir neçə saatlıq gəzintidə bizə iynəli sözlərlə çox ilişdilər. İndiyədək yadımdadır, “Razdan” stadionun yanından avtobusla keçəndə erməni gid…

Read More
Siyasət 

İlham Əliyevdən Sərdar Səfərovla bağlı SƏRƏNCAM

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib. Musavat.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib. Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Süleymanova general-mayor rütbəsi verilib. Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəisi vəzifədən azad edilib.

Read More