Siyasət 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran məlumat yayıb. Bildirilib ki, liderlər Naxçıvan Muxtar Respublikasına edilən hücumu müzakirə ediblər. Prezident Ərdoğan söhbət zamanı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu qınadığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına başsağlığı və keçmiş olsun diləklərini çatdırıb.

Read More
Siyasət 

TƏCİLİ! İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də Təhlükəsizlik Şurasının iclası keçirilib. Musavat.com xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən…

Read More
Siyasət 

Prezident: Bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir

Azərbaycan Prezidenti İlham Əliyev Terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bəyan edib. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Prezident qeyd edib ki, bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib: “Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salınıb. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər…

Read More
Siyasət 

İlham Əliyev: Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı…

Read More
Siyasət 

Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək

Xalq əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı Azərbaycanın “Dəmir yumruğ”unu görəcək. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının martın 5-də keçirilən iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı proseslərin gedişatı ilə əlaqədar məlumatlandırılacaq: “Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”.

Read More
Siyasət 

İlham Əliyev İranın Naxçıvana dron hücumunu namərdcə və nakişi kimi zərbə adlandırıb

Prezident İlham Əliyev İranın Naxçıvana dron hücumunu çirkincə, namərdcə, nakişi kimi zərbə adlandırıb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. “Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək…

Read More
Siyasət 

Ordumuz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib – Prezident

Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib. “Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!…

Read More
Siyasət 

İlham Əliyev: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq

Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, – deyə dövlətimizin başçısı əlavə edib.

Read More
Siyasət 

Prezident: Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir

Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. O bildirib ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalıb: “Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat “Kalaşnikov”la, “Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib.…

Read More
Siyasət 

Son iki saatda İrandan Azərbaycana daha 13 nəfər təxliyə olunub

İrandan Azərbaycana bu gün saat 14:00-dan 16:00-dək daha 13 nəfər təxliyə edilib. Təxliyə edilənlərin 10-u Azərbaycan, 1-i Kanada, 1-i Özbəkistan, 1-i isə Rusiya vətəndaşıdır. Onların təxliyəsi “Astara” dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub. Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1339-ya çatıb./Report

Read More