Siyasət 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran məlumat yayıb.

Bildirilib ki, liderlər Naxçıvan Muxtar Respublikasına edilən hücumu müzakirə ediblər.

Prezident Ərdoğan söhbət zamanı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu qınadığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına başsağlığı və keçmiş olsun diləklərini çatdırıb.

Daha çox xəbərlər