Siyasət
İntihara cəhd edən şəxsi Nazirlər Kabinetinə apardı
Bu gün baş nazir Novruz Məmmədov Bakı şəhərinin Sabunçu rayonu ərazisində – “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxslə danışıb və onu intihar etmək fikrindən daşındırıb. ARANTV.AZ xəbər verir ki, məsələ ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu gün səhər saatlarında “Koroğlu” qovşağındakı asma […]
Azərbaycan Qoşulmama Hərəkatının XVIII zirvə toplantısına ev sahibliyi edəcək
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın beynəlxalq qurumlarda nüfuzu və rolu getdikcə artır. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına ev sahibliyi edən Azərbaycan gələn il daha bir neçə təsisata, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək. Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyinə və təsisatın 18-ci zirvə toplantısının ölkəmizdə keçirilməsinə hazırlıq gedir. Bunun üçün Azərbayan hazırda Qoşulmama […]
Mariya Zaxarova: Moskvada Azərbaycanı sevirlər
Ölkələrimiz arasında münasibətlər gözəl inkişaf edir. Bu, tarixən yoxlanılmış və müasir dövrdə inkişaf edən həqiqi dostluq münasibətləridir. ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTACa müsahibəsində Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə – humanitar, iqtisadi, siyasi – inkişaf edir. “Sözsüz ki, bütün bunlar, ilk növbədə, ölkələrimizin rəhbərlərinin xidmətidir. […]
“Paşinyan erməni hiyləgərliyi ilə Ermənistanın təcavüzkarlığına Rusiyanı da şərik qoşmaq istəyir”
Nikol Paşinyan erməni hiyləgərliyi ilə Ermənistanın təcavüzkarlığına Rusiyanı da şərik qoşmaq istəyir. Hesab edir ki, işğal faktı Rusiyanın himayəsi altında davam etməlidir. Əslində isə etiraf edir ki, Rusiya olmasa, Ermənistan darmadağın edilər. Onun dedikləri bir daha təsdiq edir ki, Ermənistan müstəqil deyil, oyuncaqdır. Bu müsahibə Ermənistanın rəzil vəziyyətdə olduğunu göstərir. ARANTV.AZ xəbər verir ki,bu sözləri […]
Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr konstruktiv keçib
ARANTV.AZ xəbər verir ki, “Rusiya-Azərbaycan münasibətləri tarixi sınaqlardan çıxıb və müasir inkişafa əsaslanır. Rusiyada Azərbaycanı, Bakını sevirlər, dövlətinizin bütün uğurlarına sevinirlər”. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova Azərbaycan televiziyasına müsahibəsinə belə deyib. Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusundakı məsləhətləşmələr də konstruktiv keçib. Azərbaycan və […]
“Paşinyanın iddiaları sərsəm fikirlərdən başqa bir şey deyil”
“Ermənistanın baş naziri Nikol Paşinyanın “Exo Moskvı” radiosuna müsahibəsində səsləndirdiyi fikirlər qeyri-obyektiv və gülüncdür”. ARANTV.AZ xəbər verir ki, bunu trend-ə politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib. N.Paşinyan müsahibədə həmçinin bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) guya SSRİ qanununa əsasən Azərbaycanın tərkibindən çıxıb. F.Sadıxov qeyd edib ki, N.Paşinyan bu məsələdə də böyük səhvə yol […]
Fransanın “Ad L’Hebdo Bourseplus” qəzeti Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən yazır
ARANTV.AZ xəbər verir ki, Fransanın “Ad L’Hebdo Bourseplus” qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə səfərindən bəhs edən məqalə dərc edib. Məqalədə jurnalist Yannik Ürryen Prezident İlham Əliyevin Fransaya səfəri, səfər çərçivəsində aparıcı fransız şirkətlərinin rəhbərləri ilə görüşləri haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti ilə görüşlər zamanı enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri […]
Azərbaycanda işıqlar niyə sönmüşdü? – İlkin rəy hazırdır
“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Energetika Nazirliyi Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb. ARANTV.AZ xəbər verir ki, nazirlikdən verilən məlumata görə, araşdırmaların ilkin nəticələri və “Azərbaycan” İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər müzakirə edilib. “Azərbaycan” […]