Azərbaycan Qoşulmama Hərəkatının XVIII zirvə toplantısına ev sahibliyi edəcək

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın beynəlxalq qurumlarda nüfuzu və rolu getdikcə artır. Hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına ev sahibliyi edən Azərbaycan gələn il daha bir neçə təsisata, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyinə və təsisatın 18-ci zirvə toplantısının ölkəmizdə keçirilməsinə hazırlıq gedir. Bunun üçün Azərbayan hazırda Qoşulmama Hərəkatında üçlük adlanan mexanizmə daxil olub. Azərbaycanın təsisata sədliyi və növbəti zirvə toplantısının Bakıda keçirilməsi məsələsi Venesuelada keçirilən 17-ci sessiyada üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunub.

Azərbaycan BMT-nin Baş Assambleyası, Təhlükəsizlik Şurası ilə yanaşı ixtisaslaşmış qurumları ilə də ardıcıl və sistematik iş aparır. Üzv dövlətlərin dəstəyi və etimadı ilə ölkəmiz BMT-nin İqtisadi və Sosial Şurasının daimi komitəsində də üzvlüyünü davam etdirir. 2018-2019-cu illərdə Azərbaycan bu şuranın üzvü kimi qurum vasitəsi ilə beynəlxalq humanitar, o cümlədən ehtiyacı olan dövlətlərə yardım kimi məsələlərin əlaqələndirilməsində inkişaf təcrübəsini bölüşür. Azərbaycanın uğurlu əmkdaşlıq qurduğu təşkilatlardan bir də YUNESKO-dur. Bu əməkdaşlığın nəticəsi olaraq ölkəmiz təsisatın sonuncu iclasında dövlətlərin mütləq dəstəyi ilə qurumun Maddi İrs Komitəsinə ikinci dəfə üzv seçilib. Azərbaycan 2022-ci il də daxil olmaqla komitədə üzvlyünü və sədrliyini davam etdirəcək. Hikmət Hacıyev bildirdi ki, bu ölkəmizin dünya maddi-mədəni irs prosesinə böyük töhfəsidir. Bu prosesin davamı olaraq ölkəmiz Bəhreyində keçirilən sonuncu iclasda Dünya İrs Komitəsinə sədr seçilib. Bunun nəticəsi olaraq gələn il komitənin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Sessiyada 3 mindən çox nümayəndənin iştirakı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir