Siyasət 

Bu şəxslərə “Tərəqqi” medalı verildi- Siyahı

Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər: Caniyev İbrahim Mustafa oğlu Hüseynov Fuad Camal oğlu Xələfov Sadiq Miri oğlu İsmayılov Tofiq Köçəri oğlu Quliyev Emil Ehtiram oğlu Məmmədəliyev Dadaş Şixməmməd oğlu Məmmədov Ələsgər Ağamehdi oğlu Talıbov Zəka Famil oğlu.

Read More
Siyasət 

Prezident onları təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim firavanlıq və rifah diləyirəm”. Dövlət başçısı həmçinin Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha da təbrik məktubu ünvanlayıb. “Əlahəzrət, Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və…

Read More
Siyasət 

Prezident iranlı naziri qəbul etdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, söhbət zamanı Fərzanə Sadiqin ötən il ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlandı. Dövlətimizin başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu dedi. İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin…

Read More
Siyasət 

Əliyevə vədini tutmayan MƏĞLUB ali baş komandan – Bakıdan REAKSİYA

“TV Musavat”ın efirində siyasi şərhçi Heydər Oğuz maraqlı ifadə işlədib. Təhlilçi deyib ki, Rusiya lideri Vladimir Putin məğlub sərkərdədir. Onun sözlərinə görə, Rusiyanın Azərbaycana artan təzyiqləri və hibrid hücumlarının bir səbəbi də Azərbaycan Prezidenti İlham Əliyevin qalib sərkərdə olması və rus həmkarından bu mənada fərqlənməsidir. H.Oğuz həmçinin, qeyd edib ki, Ukrayna müharibəsinin başlanmasının beşinci ili yaxınlaşır və Putinin ordusu dörd ildir öz hərbi və strateji hədəflərinə çata bilmir. Kreml liderini məğlub ali baş komandan adlandırmaq olarmı? Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, Putinin üç günə Kiyevi tutmaq planı 4 il…

Read More
Siyasət 

Vətənə müxalifət, yoxsa iqtidara? – Vaşinqton aksiyasının mənəvi sualları

Prezidentin Amerikada protesto edilməsinə cəhd göstərilməsinin hüquqi tərəfləri ilə işim yoxdur: onların bu hərəkətləri qanuni idimi, dövlət başçılarının qaldıqları məkanlara nə qədər yaxınlaşmaq olar, orada meqafondan istifadəyə qanunlar yol verirmi və s. Açığı, bunları araşdırmağa nə vaxtım, nə də həvəsim var. Heç marağım da yoxdur. Məni məsələnin daha çox mənəvi tərəfi maraqlandırır. Belə ki, həmin aksiyada iştirak edənlərdən Tofiq Yaqublunun oğlu Rəhimdən başqa əksəriyyəti uzun illərdir Amerikada yaşayırlar. Bu illər ərzində biz, Azərbaycan icması olaraq, ermənilərə qarşı saysız-hesabsız aksiyalar keçirmişik. Şəxsən mən 12 ildir Amerikada olduğum müddətdə çox vaxt övladlarımla…

Read More
Siyasət 

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudana təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrik məlumatında yazılıb: “Əziz Qardaşım, Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji,…

Read More
Siyasət 

Azərbaycan və Pakistanın XİN başçıları bir sıra məsələləri müzakirə ediblər

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Musavat.com xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi “X”də məlumat yayıb. Tərəflər ikitərəfli əməkdaşlığı, regional və beynəlxalq hadisələri, o cümlədən hər iki nazirin qatıldığı, Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasını müzakirə ediblər. Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.  

Read More
Siyasət 

Ağ Ev İlham Əliyevlə Paşinyanın əl sıxışdığı fotonu paylaşdı

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin sosial şəbəkələrdəki səhifəsində ötən gün Vaşinqtonda keçirilən Sülh Şurasının birinci iclası ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, Ağ Evin paylaşdığı tarixi fotolar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əl sıxışdığı foto da yer alıb. “Sülhdən daha vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli rəhbərliklə qeyri-mümkün heç nə yoxdur. Mən vəzifəyə başlayanda Qəzzada şiddətli müharibə gedirdi….. Qəzzada müharibə bitib”, – Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərindən sitat gətirib.  

Read More
Siyasət 

Yeni dövlət qurumları yaradıldı – FƏRMAN

Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Musavat.com-un məlumatına görə, Fərmanda deyilir: “1. Aşağıdakı büdcə təşkilatları yaradılsın: 1.1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” və “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi”; 1.2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya…

Read More