Siyasət 

Prezident İlham Əliyev Serbiyada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gəlib. Musavat.com xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

Read More
Siyasət 

Vuçiç İlham Əliyevi belə qarşıladı – VİDEO

Serbiya Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Musavat.com xəbər verir ki, dövlət başçısının şərəfinə sarayın qarşısında fəxri qarovul dəstəsi düzülüb. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Daha sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Aleksandar Vuçiçə təqdim edilib.

Read More
Siyasət 

Prezident Münxendə görüş keçirdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı dövlət başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlanıb. Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açılıb. Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər…

Read More
Siyasət 

İlham Əliyev Bolqarıstan prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Musavat.com xəbər verir ki, Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası…

Read More
Siyasət 

Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir

Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki, Azərbaycan üçün sülh əldə olunub. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. “Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”, – deyə dövlətimizin başçısı bildirib.

Read More
Siyasət 

İlham Əliyev: bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil.

Read More
Siyasət 

İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib. ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur.

Read More
Siyasət 

Vens Bakıdakı erməni cinayətkarlarla bağlı SÖZ verib? – Mühüm GƏLİŞMƏ

“ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Bakıda məhbusların azad edilməsi məsələsini müzakirə edib”. Erməni mediasının yazdığına görə, bu barədə vitse-prezidentin mətbuat katibi məlumat verib. “Prezident Əliyev və vitse-prezident Vens Prezident Trampın Ermənistan və Azərbaycandakı sülh təşəbbüsündə növbəti addımları müzakirə ediblər. Müzakirə əsasən ticarət və rifah, texnologiya və diplomatik əlaqələrlə bağlı mövzular üzrə aparılıb. Tərəflər həmçinin, Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP marşrutu) üçün müqavilələrin imzalanması və icazələrin verilməsi, eləcə də məhbusların azad edilməsi yolu ilə etimadın yaradılması, Amerika investisiyalarının cəlb olunması və regional iqtisadi inteqrasiya da daxil olmaqla, sonrakı addımları…

Read More