Siyasət 

Prezidentdən məmurlara TAPŞIRIQ – Bundan sonra…

Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə xüsusi olaraq vurğulayıb: “Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”. Dövlət başçısı həmçinin bildirib: “Süni…

Read More
Siyasət 

Sahibə Qafarova Vensin Azərbaycan səfərindən danışdı

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin bu gün, 13 fevral tarixli plenar iclasında çıxış edib. Spiker ABŞ-nin vitse-prezidenti Cey Di Vensin bu günlərdə ölkəmizə etdiyi rəsmi səfərdən bəhs edib. Qeyd edib ki, tarixi əhəmiyyət daşıyan bu səfər Azərbaycan Respublikası ilə ABŞ arasında münasibətlərin inkişafında yeni mərhələ açıb: “Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası birgə əməkdaşlığın uzunmüddətli prioritetlərini müəyyən edir, energetika, iqtisadiyyat, investisiya qoyuluşu, kosmik sənaye, rəqəmsal infrastruktur, müdafiə, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın dərinləşməsinin möhkəm təməlini yaradır. Sülh, sabitlik və dayanıqlı inkişaf sahəsində ümumi maraqlara əsaslanan Xartiya tərəflərin suverenliyə, ərazi…

Read More
Siyasət 

Azərbaycanlılar ilk dəfə quru yolu ilə Ermənistana getdilər-FOTO, VİDEO

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri quru sərhədinin delimitasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gediblər. Musavat.com xəbər verir ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13-14 fevral tarixlərində Ermənistanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli dəyirmi masa görüşü keçiriləcək. “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçılarından əlavə, dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da iştirak edəcək. Armenpress-in məlumatına görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları yerinə yetirdikdən sonra quru sərhədinin delimitasiya olunmuş hissələri vasitəsilə Ermənistana gəlib. Bu, iki ölkə arasında etimadın gücləndirilməsi istiqamətində mühüm praktik addımdır. Müzakirələr zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti…

Read More
Siyasət 

Prezident bu şəxsləri təltif etdi – Siyahı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib: “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.…

Read More
Siyasət 

Orxan Nəzərli və daha 3 rəisə ali xüsusi rütbələr verildi – Sərəncam

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib: “2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi “3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi…

Read More
Siyasət 

Dövlət Xidmətinin əməkdaşları təltif edildi- Siyahı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər: “Vətən uğrunda” medalı ilə Qarayev Natiq Sahib oğlu – general-mayor Cəfərov Elməddin Qulu oğlu – polkovnik Quliyev İslam Ramiz oğlu – polkovnik “Hərbi xidmətlərə görə” medalı ilə Hidayev Əziz Şahmurad oğlu – polkovnik Abbasov Hikmət Zahid oğlu –…

Read More
Siyasət 

ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir. AZƏRTAC-ın məlumatına görə, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın “Associated Press”, “News Nation”, “Fox New”, ABC, CNN, “The Washington Post”, PBS, “Forbes Breaking News”, “C-Span” kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar. “The Washington Post” yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq…

Read More
Siyasət 

Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir

Prezident İlham Əliyev Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini bildirib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bunu Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Həmçinin Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırlayıb, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.

Read More
Siyasət 

Prezident müşavirə keçirdi – FOTOLAR (YENİLƏNİB, TAM MƏTN)

Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.   *** Dövlət başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən…

Read More