Siyasət 

Prezidentdən prokurorluqla bağlı QƏRAR

Prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələrinin operativ kateqoriyaya daxil edilməsi təsdilənib. Musavat.com əbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.

Read More
Siyasət 

İlham Əliyev Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu göndərib. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bu əlaqələr dünyada dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir. Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli…

Read More
Siyasət 

Prezidentdən “Bakı Metropoliteni” ilə bağlı MÜHÜM FƏRMAN

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Musavat.com xəbər verir ki, fərmana əsasən, “Bakı Metropoliteni” “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib.

Read More
Siyasət 

Prezident maaşların verilməsi ilə bağlı DƏYİŞİKLİYİ TƏSDİQLƏDİ

Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilib. Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir. Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna olunan dəyişikliyə əsasən, 9.1-ci maddə yeni redaksiyada verilib. Beləliklə,…

Read More
Siyasət 

Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti X sosial media hesabında paylaşım edib. Paylaşımda deyilir: “Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski mənə zəng edib. Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə olunub. Biz, həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə edilən məsələlərin ikitərəfli gündəlik çərçivəsində reallaşdırılması ilə bağlı fikir mübadiləsi apardıq”.

Read More
Siyasət 

Prezident bu qanunu İMZALADI

“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qeyd edək ki, saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.

Read More
Siyasət 

Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycan səfəri Bakı-Brüssel əlaqələrində yeni mərhələnin başlandığı anlamına gəlməkdədir. Bu səfər bir daha sübut etdi ki, bəzi siyasi qrupların, xüsusilə Avropa Parlamentindəki müəyyən dairələrin anti-Azərbaycan kampaniyaları nəticəsizdir. Əksinə, Avropa İttifaqının əsas icraedici qurumları, o cümlədən Avropa Komissiyası ilə Azərbaycan arasında əməkdaşlıq sistemli və məqsədyönlü şəkildə davam edir. Kaya Kallasın Ermənistanın ev sahibliyi etdiyi Avropa Siyasi Birliyinin Zirvə toplantısından dərhal sonra Azərbaycana səfər etməsi münasibətlərin yüksək səviyyədə saxlanıldığını bir daha təsdiqləyir. Onun əvvəlki dövrlərdə də…

Read More
Siyasət 

Prezident qəbul keçirdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlanıb, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib. Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb. Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası…

Read More
Siyasət 

Mehriban Əliyeva Bakıda keçirilən sərgilərlə tanışlıqdan videgörüntü paylaşıb

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” sərgiləri ilə tanışlıqdan videgörüntü paylaşıb. “İki sahil” həmin paylaşımı təqdim edir:    

Read More
Siyasət 

Prezidentdən bu şəxslərin övladları ilə bağlı SƏRƏNCAM

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlarda dəyişiklikləri təsdiq edib. Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur. “Təhsil haqqında” Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə…

Read More