Siyasət 

İlham Əliyev İranın müdafiə nazirinə: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır

Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Read More
Siyasət 

“Rusiya Ermənistandan çox erməniçilik edir” – Bakıdan sərt REAKSİYA

Bakıda Azərbaycan dövlətinə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törətmiş erməni separatçıları barəsində çıxarılan məhkəmə hökmü Moskvanın açıq narazılığı ilə qarşılanıb. Rəsmi Kremlin mövqeyi bu dəfə birbaşa Dövlət Dumasının deputatı, Kremlin Qarabağ mövzusunda uzun illərdir istifadə etdiyi simalardan biri – Konstantin Zatulin vasitəsilə ifadə olunub. Zatulinə bağlı “Lazarevski klubu”nun yaydığı bəyanat faktiki olaraq Bakıda keçirilən məhkəmə prosesinə qarşı Kremlin siyasi sifarişli reaksiyası kimi qiymətləndirilir. Sözügedən sənəddə Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı onilliklər boyu törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan separatçıların cəzalandırılması “məhkəmə yox, guya cəza…

Read More
Siyasət 

Prezidentin BƏƏ səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri fevralın 5-də başa çatıb. Musavat.com xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Əbu-Dabi Əmirliyinin İcraiyyə Şurasının üzvü, Əbu-Dabi İnvestisiya Holdinqinin prezidenti Şeyx Hamid bin Zayed Al Nəhyan və digər rəsmi şəxslər yola salıblar.

Read More
Siyasət 

Leyla Əliyeva əfqanıstanlı fəal Zarqa Yaftalı ilə görüşüb

Fevralın 5-də Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı Heydər Əliyev Fondunun uzun illərdir maarifləndirmə, səhiyyə və sosial dəstək sahələrində əhəmiyyətli layihələr həyata keçirdiyi, həm regionda, həm də beynəlxalq səviyyədə əhalinin həssas təbəqələri üçün bərabər imkanların yaradılmasına kömək etdiyi barədə məlumat verildi. Eyni zamanda, Heydər Əliyev Fondu ilə Zərqa Yaftalinin rəhbərlik etdiyi Qadınlar və Uşaqlar üzrə Hüquqi Araşdırmalar Fondu arasında əməkdaşlıq imkanlarına toxunuldu, bu fondun fəaliyyətinin 100 mindən çox qadın və uşağın təhsilə, həmçinin hüquqi müdafiəyə çıxışını təmin etdiyi…

Read More
Siyasət 

Prezident İlham Əliyev paylaşım etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir”.

Read More
Siyasət 

Dünya İlham Əliyevin sülh yolunu QƏBUL edir – Qalib liderin…

Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan dövlət başçısının beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun və etibarlı lider imicinin növbəti təsdiqidir. Bu mükafat Cənubi Qafqazda uzun illər davam etmiş münaqişənin sülh yolu ilə həllinə, regional sabitliyin möhkəmləndirilməsinə və dialoq əsaslı siyasətin irəli aparılmasına verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu təltif Azərbaycanın humanitar dəyərlərə söykənən, praqmatik və məsuliyyətli dövlət siyasətinin qlobal miqyasda qəbul olunduğunu göstərir. Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com bildirdi ki, Prezident İlham Əliyevin 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı…

Read More
Siyasət 

Prezident Paşinyanla zarafatlaşdı – “İlk kim çıxış edəcək?”VİDEO

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir. Prezident İlham Əliyev tədbirdə iştirak edir. Azərbaycan lideri çıxışına başlamazdan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə səhnəyə dəvət alarkən səmimi zarafat edib: “Biz indi razılığa gəlməliyik ki, ilk kim çıxış edəcək?”/Qafqazinfo.az/

Read More
Siyasət 

Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə – red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. “Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Read More