Siyasət 

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdəFOTOVİDEOYENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib. “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib. Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib. Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib. Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış…

Read More
Siyasət 

Paşinyan: Sülh hər bir kəsə lazımdır

“Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir. Musavat.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. “Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik”, – deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. “Sülh hər bir kəsə lazımdır”, – deyə o əlavə edib.

Read More
Siyasət 

Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib. Prezident qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır: “İlk növbədə, bu mükafata görə mən münsiflər heyətinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat BƏƏ-nin banisinin – mərhum Şeyx Zayedin adını daşıyır. O, böyük bir lider idi. Onun fəaliyyəti BƏƏ-ni ən əmin-aman və uğurlu dövlətlərdən birinə çevirdi.…

Read More
Siyasət 

Ərdoğandan İlham Əliyevə təbrik

Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab etdiyimi xüsusilə vurğulamaq istəyirəm. Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətində deyib. Ərdoğan daha sonra sözlərinə belə davam edib: Builki mükafatlara layiq görülən Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın Baş naziri cənab Nikol Paşinyanı ürəkdən təbrik edirəm. Davamlı sülhün bərqərar olması yolunda həm İlham Əliyev qardaşımın atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu…

Read More
Siyasət 

Əbu-Dabidə İlham Əliyev və Nikol Paşinyan arasında geniş tərkibdə görüş keçirilib – YENİLƏNİB

Əbu-Dabidə fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilib. *** Əbu-Dabidə fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir. Bu barədə məlumatı Azərtac yayıb.

Read More
Siyasət 

Leyla Əliyeva Əbu-Dabidə “İnsan Qardaşlığı Məclisi” tədbirində iştirak edib

Fevralın 3-də Leyla Əliyeva Əbu-Dabidəki Zayed Milli Muzeyində “İnsan Qardaşlığı Məclisi” (“Human Fraternity Majlis”) adlı tədbirdə iştirak edib. “İki sahil” xəbər verir ki, əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan Mübarək Al Nəhyanın videomüraciəti nümayiş olundu. Sonra Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva çıxış etdilər. Kardinal Corc Koovakad Papa XIV Leonun tədbir iştirakçılarına ünvanladığı məktubunu oxudu. “Zayed İnsan Qardaşlığı Mükafatı” barədə videoçarx nümayiş olundu. “Qadın liderliyi insan qardaşlığının təməlidir” adlı panel sessiyada İndoneziyanın keçmiş Prezidenti və Zayed mükafatı münsiflər heyətinin üzvü Meqavati…

Read More
Siyasət 

Netanyahu İlham Əliyevi İsrailə dəvət etdiVİDEO

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Musavat.com xəbər verir ki, sənəd Yerusəlimdə İsrailin Milli Süni İntellekt Direktorluğunun rəhbəri, ehtiyatda olan general Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə imzalanıb. Baş nazirin ofisinin açıqlamasında qeyd olunub ki, tərəflər süni intellekt vasitəsilə mövcud əməkdaşlığı və müttəfiqliyi daha da dərinləşdirməyi planlaşdırır. Bildirilib ki, tərəfdaşlıq superkompüter infrastrukturu, süni intellektin mülki əhəmiyyətli sahələrdə tətbiqi, insan kapitalının inkişafı və birgə elmi tədqiqatlar istiqamətlərini əhatə edəcək. Netanyahu tədbirdəki çıxışında bu sahədə…

Read More
Siyasət 

Prezident Məhəmməd Əbdülsalamla görüşdü – FOTO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabi şəhərində Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşü olub. Musavat.com xəbər verir ki, Məhəmməd Əbdülsalam Azərbaycana səfərlərini və dövlət başçısı ilə görüşlərini böyük məmnunluqla xatırlayıb. O, Prezident İlham Əliyevi “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə bir daha təbrik edib. Prezident İlham Əliyev təbrikə və yüksək mükafata görə minnətdarlığını bildirərək, Zayed Fondunun fəaliyyətini, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsinin və bəşəri dəyərlərinin dünyada təşviq edilməsində oynadığı mühüm rolu yüksək qiymətləndirib. Azərbaycan Prezidentinin bu mükafata layiq…

Read More
Siyasət 

İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü olub – FOTO, VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib. Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə…

Read More