Siyasət 

Parlamentin yaz sessiyası başladı

Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən plenar iclasda əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra parlament sədri deputatlara sessiyanın işində uğurlar arzulayıb. Sahibə Qafarova ötən ilin yekunları barədə danışıb. Sədr ötən həftə parlament rəhbərliyinin Bəhreyn, Səudiyyə Ərəbistanı və Omana səfərləri və keçirdiyi görüşlər, iştirak etdiyi toplantılar barədə həmkarlarını məlumatlandırıb. Spikerin çıxışı tam şəkildə dərc olunacaq.

Read More
Siyasət 

Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib. Musavat.com xəbər verir ki, bu barədə XİN-in “Facebook” hesabında paylaşım edilib. “Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylik hisslərimizi bölüşürük. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”, – paylaşımda bildirilib. “Terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyimizi bir daha təsdiqləyirik”, – XİN vurğulayıb.

Read More
Siyasət 

Leyla Əliyeva BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub

Yanvarın 30-da Leyla Əliyeva Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub. “İki sahil” xəbər verir ki, tanışlıq zamanı “Azərbaycan otağı”nda istifadə edilmiş konsepsiya və milli elementlər barədə məlumat verilib. Qeyd edilib ki, BMT-nin Cenevrə ofisində az sayda ölkənin öz otağı mövcuddur. Bu otaqlar BMT-nin tədbirləri zamanı müxtəlif sessiyaların, iclasların və görüşlərin keçirilməsində istifadə olunur. Bu baxımdan BMT-nin Cenevrə ofisində “Azərbaycan otağı” ölkəmizin təqdimatı istiqamətində əhəmiyyət kəsb edir. Qeyd edək ki, BMT-nin Cenevrə bölməsində “Azərbaycan otağı” Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Burada müxtəlif konfrans və görüşlərin keçirilməsi…

Read More
Siyasət 

Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR

Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib. Bəs gənclərə verilən Prezident Mükafatı nə vaxt təsis olunub və nədən ibarətdir? Musavat.com modern.az-a istinadən xəbər verir ki, gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq…

Read More
Siyasət 

Məhərrəm Əliyev MDB-nin iclasında niyə danışmadı?

Qurum hüquqi baxımdan yaşayır, amma siyasi və strateji baxımdan funksionallığını itirir Müstəqil Dövlətlər Birliyinin (MDB) nizamnamə və digər orqanları yanında üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının ilk iclası Minskdə keçirilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, iclasda MDB-nin Baş katibi Sergey Lebedev iştirak edib. Azərbaycanı tədbirdə Belarusdakı səfirimiz Məhərrəm Əliyev təmsil edib. Görüşün əsas məsələsi Türkmənistanın 2026-cı ildə Müstəqil Dövlətlər Birliyinə sədrliyinə dair konsepsiyanın və onun icrası üzrə tədbirlər planının təqdimatı olub. Konsepsiyanı Daimi nümayəndələr Şurasının sədri, Türkmənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri, Türkmənistanın MDB-nin nizamnamə və digər orqanları yanında…

Read More
Siyasət 

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib. “İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu…

Read More
Siyasət 

Prezident bu şəxsləri TƏLTİF ETDİ – Siyahı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, DGK-nın aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib. “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.

Read More
Siyasət 

Bakıdan İranla bağlı SON DƏQİQƏ AÇIQLAMASI – “Hava məkanımızdan istifadə…”

Azərbaycan Respublikasının hava məkanı və ya ərazisi hər hansı dövlət tərəfindən qonşu İrana qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməyəcək. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib. Nazir bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə…

Read More
Siyasət 

İlham Əliyev fərman İMZALADI

Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəzalar sərtləşdirilib.Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni qanuna əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki…

Read More
Siyasət 

Prezident bu sazişi TƏSDİQLƏDİ

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərəcək. Qeyd edək ki, sözügedən Saziş 2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanıb.

Read More