Hadisə 

Zavod işçisi avtobusda ÖLDÜ

Sumqayıtda zavod işçisi avtobusda ölüb. Kimyaçılar qəsəbəsində yerləşən “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında zavoda məxsus “İsuzu” markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron sakini  Səlim Məmmədov qəfil vəfat edib. Onun infarktdan öldüyü bildirilib. Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır./qafqazinfo

Read More
Hadisə 

Şəhid anası vəfat etdi

Şəhid gizir Telman Kəlbiyevin anası vəfat edib. Musavat.com xəbər verir ki, Dilşad Kəlbiyeva 75 yaşında yaşadığı Neftçalanın Bankə qəsəbəsində həyatını itirib. Qeyd edək ki, Şəhid Kəlbiyev Telman Yadigar oğlu 1988-ci il martın 24-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi…

Read More
Hadisə 

Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ

Bakıda məktəbli qəfil vəfat edib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib. 211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Ürəyi tutan sürücü qəza törətdi – Öldü

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb. Belə ki, sərnişin daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb. İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Ər-arvad dəm qazından zəhərləndi- Biri öldü

Bakıda ər-arvad dəm qazından zəhərlənib. Hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırmalar aparılır.

Read More
Hadisə 

SON DƏQİQƏ! İlhamə Quliyevanın bacısı qızı həbs edildi

Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Musavat.com-un Manset.az-a istinadla məlumatına görə, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs qətimkan tədbiri seçilib. Polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Manset.az Nigar Həsənovanın…

Read More
Hadisə 

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin sonu necə OLDU?

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub. Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək. Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını…

Read More
Hadisə 

DİN-dən ƏMƏLİYYAT-21 kq narkotik…

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik vasitə aşkarlanıb. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Read More