Hadisə 

Qəbələdə ağır qəza – 1 ölü, 3 yaralı

Bu gün saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ağır yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə vaxtı “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb. “Mercedes”in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini isə yaralanıb. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Read More
Hadisə 

Qəbulda əsəbiləşdiyi üçün öldüyü deyilən müəllimlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə fizika fənnini tədris edən Elnur Aslanovun bir neçə gün öncə Goranboy Təhsil Sektorunda qəbul zamanı əsəbiləşdiyi üçün beyninə qan sızdığı, bundan sonra olunan tibbi müdaxilələrə baxmayaraq vəfat etdiyi iddia olunurdu. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, fizika müəllimi Elnur Aslanovun 30 oktyabr tarixində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədovun qəbulunda olması və qəbuldan sonra əsəbləşərək halının pisləşməsi məlumatları həqiqəti əks etdirmir: “Belə ki, Elnur Aslanov 30 oktyabr, saat 17:00 radələrində çalışdığı məktəbin direktor…

Read More
Hadisə 

SON DƏQİQƏ! Hərbçimiz Goranboyda minaya düşdü

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur. Nazirlik qeyd edib ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

Read More
Hadisə 

Azərbaycanlı turistləri daşıyan avtobus Misirdə qəzaya uğradı – YARALANANLAR VAR

Misirin şərqində, Ras-Sidr şəhəri yaxınlığında baş vermiş avtobus qəzasında üç azərbaycanlı turist də daxil olmaqla azı 41 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə “Cairo24” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Rusiya, Qazaxıstan və Ukraynadan olan turistlər də xəsarət alıblar. Yaralılar artıq xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.\\“Report”  

Read More
Hadisə 

DƏHŞƏT: sürücü yolu keçmək istəyən qardaşını vurub öldürdü

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Böyük-Kəsik kəndində qeydə alınıb. Ş.Mehdiyev idarəetdiyi “VAZ”markalı minik maşını ilə hərəkətdə olan zaman yolu qarşı tərəfə keçmək istəyən piyadanı vuraraq öldürüb. Araşdırmalar zamanı ortaya çıxıb ki, piyada sürücünün qardaşı 39 yaşlı R.Mehdiyev olub. O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı aradırma aparılır./Lent.az

Read More
Hadisə 

Əsgərimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həbib İlham oğlu Orucov odlu silahdan açılmış atəş nəticəsində ölüb. Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə əlaqədar Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. “Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra…

Read More
Hadisə 

Yevlaxda hərbçilərin də iştirakı ilə zəncirvari qəza baş verdi

Yevlaxda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Unikal”ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Əldə edilən ilkin məlumata görə, hadisə zamanı “Mercedes-Benz”, “Opel”, iki VAZ markalı və daha bir avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəza zamanı xəsarət alanın olub-olmadığı dəqiqləşdirilir. Qəzaya düşən maşınlardan birində hərbçilər olub. Faktla bağlı araşdırma başlanıb.

Read More
Hadisə 

Bakıda üç bahalı avtomobil necə yanıb? – TƏFƏRRÜATVİDEO

Binəqədidə yaşayış binasının dayanacağında üç avtomobilin yanması ilə bağlı bəzi detallar məlum olub. Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Rəşid İsmayılov küçəsi 11-D ünvanında çoxmərtəbəli binanın arxasındakı avtodayanacaqda baş verib. Belə ki, ətrafdakı insanlar təhlükəli vəziyyətdən maşına yaxın gedə bilməyiblər. Havanın da küləkli olması alovu yaxınlıqdakı avtomobillərə keçirib. Zərərçəkmiş sürücülərdən biri Vüqar Mənsimov bildirib ki, avtomobili yeni alıb. Yandığını isə səhər xəstəxanaya gedərkən görüb. V. Mənsimov avtomobilini yeni alsa da, onu könüllü sığorta etdirməyib. O, avtomobilini həmin ərazidə saxlamaq üçün dayanacaq pulu ödəyib. Ətraflı süjetdə:

Read More