Hadisə 

Bakıda binada GÜCLÜ YANĞIN – VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Read More
Hadisə 

İcra məmuruna qarşı iddia təmin olunmadı

Nərimanov Rayon Məhkəməsində Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun hərəkətlərinin qanunsuz elan edilməsi iddiasına baxış yekunlaşıb. Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Hakim iddianı təmin etməyib. İddiaçı, “MTN işi” üzrə zərərçəkənlərdən biri olan Hüseyn Səfərov Musavat.com-a deyib ki, hakim heç bir əsaslandırma aparmadan, tam qanunsuz bir qərar verib: “Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Rəfail Səfərovun cinayətə bərabər əməlinə Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranov da qol qoydu, bu qanunsuzluğa özünü bulaşdırdı. Hakim 2 iclas keçirdi, 1-ci iclasda ümumiyyətlə məhkəmə zalına belə gəlmək istəmirdi. Köməkçisinə…

Read More
Hadisə 

Övladını Sumqayıtda dənizdə boğan Türkiyə vətəndaşına – 20 il həbs

Azyaşlı övladını dənizdə boğan Türkiyə vətəndaşı Yeşil Ahmet Turanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Ahmet Turan köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin martında Sumqayıt şəhərində qeydə alınıb.

Read More
Hadisə 

Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ – ADLAR

Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, istintaq tədbirləri ilə Azərbaycanda qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət…

Read More
Hadisə 

Müəllimə qarşı ittiham sübuta yetirildi- 7 il 6 ay həbs!

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimi Ceyhun Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, araşdırma nəticəsində 13 yaşlı tələbəsinə dəfələrlə seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 53 yaşlı müəllimin təqsiri sübuta yetirilib. Zərərçəkmiş yeniyetmə Gülər (şərti) ilkin və məhkəmə istintaqı dövründə hər şeyi etiraf edib. O deyib ki, müəllimi əvvəl ona ata kimi qayğı göstərib. Hər nailiyyət qazananda başından öpüb. Sonradan bu hərəkətləri xoşuna gəlməyib. Bir müddətdən sonra müəllimi daha da irəli gedərək ona qarşı tam dərk etmədiyi əxlaqsız hərəkətlər edib. Bütün bunlara…

Read More
Hadisə 

İntim videolar çəkib yayan Zaurun cəzası azaldıldı

Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb. Ən üst instansiya məhkəməsi məhkum FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib. Qərar digər hissələrdə dəyişdirilməyib. Bununla da onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında…

Read More
Hadisə 

Məşhur xəstəxananın həkiminin üzünə yumruq vurdular

Abşeron Rayon Mərkəzi Xəstəxanasında həkimin burnuna yumruq vuran şəxs cəzalandırılıb. “Qaynarinfo”nun məlumatına görə, 1986-cı il təvəllüdlü M.Rəşad oğlunu qarın sancıları ilə xəstəxanaya aparıb. O, xəstəxanada Fariz adlı həkimə oğlunun xəstə olduğunu deyib və dərhal müayinədən keçirilməsini tələb edib. Həkim isə xəstəxanada növbənin çox olduğunu və tez bir zamanda xəstəyə ilkin tibbi yardım edə biləcəklərini bildirib. Təqsirləndirilən şəxs yenidən oğlunun növbəsiz USM-dən keçirilməsini istədiyini deyib. Həmin şəxs daha sonra xəstəxana kollektivini – “oğlumun vəziyyəti ağırdır, burada nəyə oturmusunuz, buraları dağıdacağam”, – deyərək hədələyib və yumruqla həkimin burnuna zərbə vurub. Məhkəmənin qərarı…

Read More
Hadisə 

İki ay əvvəl toyu olmuşdu, 16 yaşlı qızla birgə meyiti tapıldıVİDEO

Şəmkirdə baş verən dəhşətli hadisə iki nəfərin həyatına son qoyub. Xezerxeber.az xəbər verir ki, yanğının fəsadlarını aradan qaldırmağa çalışan 16 yaşlı qız və ev sahibinin kürəkəni ehtiyatsızlıq nəticəsində elektrik cərəyanına düşərək həlak olublar. Hadisə bu gün səhər saatlarında Şəmkirin Düyərli kəndində qeydə alınıb. Yanğın baş verən evin sahibi və hadisə yerinə gələn qonşuların sözlərinə görə, faciənin səbəbi elektrik enerjisinin verilib-verilməməsi ilə bağlı anlaşılmazlıq olub. Qeyd edək ki, həyatını itirən 16 yaşlı Pərvin Nəsibova ev sahibinin qonşusu idi. 31 yaşlı Hümbət İsmayılov isə təxminən iki ay əvvəl ev sahibinin qızı ilə…

Read More
Hadisə 

Azərbaycanda məmur oğlu faciəvi şəkildə ÖLDÜ -yeni DETAL məlum oldu

Zərdabda Yuxarı Şirvan kollektorunda balıq tutan zaman suya düşərək ölən şəxs epilepsiya xəstəsi olub. Rayon ərazisində qayıqla balıq tutmaq istəyən 1994-cü il təvəllüdlü Murad Cümşüdlü suya yıxılaraq ölüb. Məlumata görə, M.Cümşüdlünün epilepsiya xəstəsi olub. Onun xəstəlik tutması nəticəsində suya düşdüyü bildirilir.**APA **** Zərdabda balıqçı faciəvi şəkildə ölüb. Rayon sakini Murad Cümşüdlü Zərdab rayonu ərazisində balıq tutarkən bədbəxt hadisə ilə üzləşib. Belə ki, o, su kanalına yıxılaraq boğulub. Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur. Faktla bağlı araşdırma aparılır.**Sfera.az

Read More
Hadisə 

18 yaşlı tələbənin hamamda meyiti tapıldıVİDEO

Bakıda kirayədə yaşayan tələbə oğlan faciəli şəkildə həyatını itirib. Xezerxeber.az-ın məlumatına görə, Bakının “Tarqovı” kimi tanınan ərazisinə yaxın, Tolstoy küçəsi, 156 ünvanında kirayədə qalan beş gəncdən biri – Ramal Hüseynov hamamda dəm qazından boğulub. Onlar Bakıya təhsil dalınca gəliblər. Beyləqan rayonu, Şahsevən kəndindən gələn bu gənclər təhsildən artıq qalan vaxtlarında da gecə növbəsində işləməyə başlayıblar. Ramal hamamda aşkar olunanda özündə deyilmiş. Məsələ ilə bağlı Baş Prokurorluqdan “Xəzər Xəbər”ə bildirilib ki, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub. O, İdman menecmenti və kommunikasiya ixtisası…

Read More