Yas mərasimi keçirilən evdən oğurluq edən şəxs tutuldu

Ağdam rayonunda yas mərasimi keçirilən evdən oğurluq edən şəxs tutulub. ARANTV.AZ xəbər verir ki, bunu report-a Ağdam Rayon Polis Şöbəsinin müstəntiqi Rəşad Cəfərov bildirib. Onun sözlərinə görə, rayonun Xındırıstan qəsəbə sakini Afaq Vəlizadə şöbəyə müraciət edərək evindən pul və mobil telefonunun oğurlanması barədə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu A.Vəlizadənin qonşusu Sədiyev…

Daha çox ..

Bakıda kişini elektrik cərəyanı vurub

Yasamal rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər xəsarət alıb. ARANTV.AZ report.az-a istinadən bildirir ki, hadisə Əhməd Cəmil küçəsi 30 ünvanında baş verib. 1956-ci il təvəllüdlü Şərifov Şamil Mikayıl oğlunu yaşadığı evdə ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə o ağır xəsarət alıb. Ş.Şərifov xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Daha çox ..

İran vətəndaşı Bakıda oteldə özünü öldürmək istədi

Qaradağ rayonunda əcnəbi vətəndaş özünü doğrayıb. ARANTV.AZ  report-a istinadən xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində yerləşən oteldə baş verib. 1974-cü il təvəllüdlü Kərimzadə Bayram qonaq olduğu oteldə hər iki qolunu iti alətlə kəsib. O, çoxlu qan itirib. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi və Qaradağ…

Daha çox ..

Zaqatalada çoban itkin düşüb – FOTO + YENİLƏNİB

Zaqatala rayonunda, yüksək dağlıq ərazidəki yaylaqda çoban itkin düşüb. ARANTV.AZ-ın APA-ya istinadən xəbərinə görə, Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov iyul ayının 21-dən itkin düşüb. Qurbanın qardaşı Eyvaz İbrahimov bildirib ki, Dabat adlanan dağda Muxax kənd sakini, fermer Əhmədov Zeynullahın sürüsünü otaran qardaşı başqa…

Daha çox ..

Xaçmazda itkin düşən uşağı OĞURLAYIBLARMIŞ – DAYISINDAN ŞOK AÇIQLAMALAR

“Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış”. ARANTV.AZ xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib: “Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan…

Daha çox ..

Bakıda aptekə silahlı hücum

İyulun 22-də saat 23 radələrində Nəsimi rayonundakı apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul oğurlaması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. ARANTV.AZ  xəbər verir ki, məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis…

Daha çox ..

Mehman Hüseynov buraxılacaq?

Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır. ARANTV.AZ xəbər verir ki, bu barədə BBC News Azərbaycancaya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib. Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub. “Ürəyində olan problemə görə, kliniki ölüm keçirib….

Daha çox ..

Ermənini öldürən azərbaycanlıya doqquz il cəza

Saxalində 31 yaşlı Azərbaycan vətəndaşına doqquz il həbs cəzası verilib. ARANTV.AZ  xəbər verir ki, azərbaycanlıya qarşı 51 yaşlı Ermənistan vətəndaşına diqqətsizlikdən sağlamlığına ciddi zərər yetirmə maddəsi ilə cinayət işi başlamışdı. Kişilər arasında münaqişəyə səbəb isə regionun mərkəzində yaşayan qadın olub. Cəsəd Saxalinin Novotroitsk kəndinin Yantar Anivsk küçəsində 15 nömrəli binanın həyətində tapılıb. Araşdırmalar zamanı məlum olub ki,…

Daha çox ..

Bakı metrosunda qatar adam vurdu

Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, saat 13:41-də metronun “Neftçilər” stansiyasında qatar platformada dayanan gənci vurub. Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov…

Daha çox ..

Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb. ARANTV.AZ xəbər verir ki, daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Danimarkaya “İşıqlandırma avadanlıqları” yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Aparılan yoxlama nəticəsində qoşqunun təkərlərinin…

Daha çox ..