İdman 

Gənclər və idman naziri Tovuzda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Fərid Qayıbov martın 11-də Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 17:00-dan etibarən Tovuz Heydər Əliyev Mərkəzində keçiriləcək. Ünvan: Tovuz şəhəri Məşədi Əzizbəyov küçəsi, 1. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər. 1. Tovuz rayon Gənclər və İdman İdarəsi Tel: 0503468528 E.mail: tovuzgii@mys.az 2. Ağstafa rayon Gənclər və İdman İdarəsi Tel: 0502658828 E.mail: agstafagii@mys.az 3. Qazax rayon Gənclər və İdman İdarəsi Tel: 0503358681 E.mail: qazaxgii@gmail.com Gənclər və İdman Nazirliyi Tel: 0124656571 E.mail: mys@mys.gov.az Qəbula qeydiyyat 10…

Read More
İdman 

“Qarabağ”ın legionerinin Yel çərşənbəsi sevinci: Tonqal qaladı, papaq atdı, yumurta döyüşdürdü – FOTO

“Qarabağ”ın və Azərbaycan yığmasının milliləşdirilmiş legioneri Riçard Almeyda Yel çərşənbəsini İçərişəhər sakinləri ilə birlikdə qeyd edib. ARANTV.AZ  xəbər verir ki, braziliyalı futbolçu İçərişəhərdə çərşənbə tonqalını çəkən “Global Photo Stock”un əməkdaşının obyektivinə tuş gəlib. Yerli sakinlərlə əvvəlcə ocaq çatan, ardınca tonqalın ətrafında əylənən, yumurta döyüşdürən Almeyda qədim Novruz adətlərimizdən biri olan papaq atmağa da imkan tapıb.  

Read More
İdman 

Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi – ÖZƏL

Ukraynanın İrpen şəhərində evi Rusiya hərbçiləri tərəfindən dağıdılmış İrina Kindzerskaya karyerasını bitirib. ARANTV.AZ-ın xəbərinə görə, Ukrayna əsilli cüdoçu Tokio Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırsa da (həm də qadın cüdosu tarixində ilk medaldır – red.), Bakıda evlə təmin olunmaması ona pis təsir edib. Bu səbəbdən də olimpiya, dünya və Avropa mükafatçısı olan İrina Kindzerskaya karyerasını bitirdiyini açıqlayıb. Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının təqdimatına əsasən vitse-prezident Elnur Məmmədlinin bacısı oğlu Kəramət Hüseynova və para-cüdoçu Vüqar Şirinliyə ev verilib. Xatırladaq ki, İrina Kindzerskaya Azərbaycanın şərəfini 2017-ci ildən etibarən qoruyurdu.

Read More
İdman 

Rusiya-Ukrayna müharibəsi Azərbaycan millisinin rəqib sayını azaltdı

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrupun oyunlarının təqvimində dəyişiklik edilib. ARANTV.AZ xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət yığma komandası Xorvatiyada təşkil olunacaq mini-turnirdə iştirak etməyəcək. Nəticədə 7-ci qrupda final mərhələsinə yüksəlmək hüququ verən bir vəsiqə uğrunda 3 komanda – Azərbaycan, Xorvatiya və Latviya yığmaları mübarizə aparacaq. Milli komanda ilk oyununu martın 17-də Xorvatiyadan, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. Hər ki, görüş Karlovats şəhərindəki “Mladost Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Read More
Gündəm İdman 

5 mart – Bədən Tərbiyəsi və İdman Günüdür

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis…

Read More
İdman Region Xəbərləri 

Gimnastika üzrə Bərdə rayon turnirinin qalibləri mükafatlandırılıb

Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş gimnastika idman növü üzrə rayon turniri keçirilib. ARANTV.AZ xəbər verir ki, “Qarabağ” İdman Klubunun zalında keçirilən turnirdə 2008-2015-ci il təvəllüdlü idmançılar iştirak edib. Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək, idmançıları 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, ölkəmizdə idmanın hərtərəfli inkişafına göstərilən diqqət və qayğıdan, idmançılarımızın müxtəlif səviyyəli yarışlarda əldə etdikləri yüksək nailiyyətlərdən danışıb. Turnirin sonunda I, II və III yerləri tutmuş idmançılar Bərdə Rayon…

Read More
İdman 

Səfirlik əməkdaşları arasında şahmat turnirinə start verilib

Bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri arasında şahmat turnirinə start verilib. “İdman Həftəsi” çərçivəsində 2 gün davam edəcək yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesuella və Hindistanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşları mübarizə aparırlar. Yarışın açılış mərasimində Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək 5 Mart – Bədən Tərbiyəsi və İdman gününə həsr olunan yarışın iştirakçılarına uğurlar arzulayıblar. Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydaları əsasında keçirilir. 7 turdan ibarət olacaq yarışda iştirakçılar fərdi qaydada yarışırlar.…

Read More
İdman 

İdman veteranları gənc idmançılarla görüşüblər

Martın 3-də “İdman Həftəsi” çərçivəsində idman veteranları ilə gənc idmançıların görüşü təşkil edilib. Görüşdə Bədən Tərbiyəsi və İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, eləcə də Elşad Nərimanov, Rəfiqə Şabanova, Lüdmila Şubina, Çingiz İsmayılov, Məryəm Bağbanlı, Bəxtiyar Ağaxanov, Məhəmməd Müslümzadə, Svetlana İşməmmədova və digər idman veteranları iştirak ediblər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə veteranlar öz idman uğurları və xatirələrini gənc idmançılarla bölüşüb, onların suallarını cavablandırıblar.  

Read More
İdman 

Bu gün İlham Zəkiyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür. ARANTV.AZ  xəbər verir ki, onun 42 yaşı tamam olur. Qeyd edək ki, İlham Zəkiyev ikiqat paralimpiya çempionluğundan başqa, ikiqat dünya və yeddiqat Avropa çempionu olub. O həmçinin I Avropa Oyunlarının qalibidir.

Read More