İdman 

“Mahirin bizə kömək edəcəyinə inanırdıq” – Emre Belözoğlu

“Əslində Mahir ilə maraqlanmışıq və danışıqlarımız da olub. Amma onunla bağlı problemlər var idi”. Qol.az xəbər verir ki, bu sözləri “Başakşəhər”in baş məşqçisi Emre Belözoğlu “İhlas” agentliyinə müsahibəsində deyib. O, Azərbaycan millisinin bu gün “Dinamo” (Zaqreb) ilə müqavilə imzalayan futbolçusu Mahir Emrelini transfer edə bilməmələrindən danışıb. 42 yaşlı mütəxəssis vurğulayıb ki, Emrelinin Polşa “Legiya”sı ilə problemlərinin olması səbəbindən bu keçid alınmayıb: “Emreli “Legiya”da arzulamadığı olay yaşayıb və komandadan ayrılmaq istədiyini bildirib. Lakin yolların ayrılma prosesi uzun çəkdi. Biz isə tezliklə qərar qəbul etməli idik. Yanvar qış transferi üçün asan ay…

Read More
İdman 

Gəncə şəhər stadionu sökülür – VİDEO

Gəncə şəhər stadionunun sökülməsi ilə bağlı qərar verilib. Müvafiq qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Tədbirdə idman qurğusunun mərhələli şəkildə söküləcəyi bildirilib. Əvvəlcə bu proses arenanın tribunalarını əhatə edəcək. Bu müddət ərzində yerli “Kəpəz” komandası stadionda görüşlərini keçirə biləcək. Вaha ətraflı Baku TV-nin süjetində:

Read More
İdman 

Robert Eyyubova vəzifə verildi – FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) daha bir vitse-prezidentinin adına aydınlıq gəlib. Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Robert Eyyubovdur. R.Eyyubov ötən ilin dekabrın 8-də, İcraiyyə Komitəsinin növbədənkənar iclasında federasiyanın vitse-prezidenti seçilib. Məlumatı AzVİF-in mətbuat xidməti təsdiqləyib. Qeyd edək ki, AzVİF-in 3 vitse-prezidenti var. Birinci vitse-prezident iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, ikinci isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyevdir.  

Read More
İdman 

Qış Olimpiadası başlayıb

Pekin-2022 Qış Olimpiya Oyunları start götürüb. ARANTV.AZ  xəbər verir ki,  açılış mərasimi fevralın 4-də baş tutacaq yarışda bəzi iştirakçılar mübarizəyə bu gündən başlayıb. Bakı vaxtı ilə saat 15:30-da kirşə idmanında kişilərin fərdi yarışında mübarizə aparan idmançılar birinci test yürüşünə çıxıblar. Məşq xarakteri daşıyan kirşəçilər üçün bu çıxış yarış öncəsi rəsmi sınaqdır. Bakı vaxtı ilə saat 16:05-də isə Pekin-2022-nin ilk yarışları başlayacaq. Kerlinqdə mübarizə aparan qarışıq cütlər qrup mərhələsində ilk turun görüşlərinə çıxacaq. Eyni vaxtda 4 qarşılaşma start götürəcək. İsveç Böyük Britaniya, Avstraliya ABŞ, Norveç Çexiya, Çin İsveçrəni sınağa çəkəcək. Qeyd edək…

Read More
İdman 

Azərbaycan millisində koronavirusa kütləvi YOLUXMA

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında kütləvi yoluxma qeydə alınıb. ARANTV.AZ xəbər verir ki, komandada 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb. Həmin futbolçular bunlardır: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov. Yoluxan məşqçi isə Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur. Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub. Qeyd edək ki, U-18 komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi.

Read More
İdman 

Dünya kuboku: Azərbaycan komandası finala yüksəlib – FOTO

İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kuboku davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire” komandası təmsil edir. Yanvarın 27-dən start götürən yarışda “Land of Fire” komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib. Oyunun əvvəlində hesabda geri qalan “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə etmiş və turnirin final matçına vəsiqə qazanıb.…

Read More
İdman 

Federasiyadan narkotikə görə saxlanılmış güləşçi ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO

Azərbaycan Güləş Federasiyası (AGF) milli komandanın sabiq üzvü, sərbəst güləşçi Mahir Əmiraslanovun saxlanılmasına münasibət bildirib. AGF-in Mətbuat xidmətinin rəhbəri Sərxan Musalının “Report”a verdiyi məlumata görə, 25 yaşlı idmançı narkotik aludəçiliyindən xilas olmaq üçün daha əvvəl federasiyanın təşəbbüsü ilə müalicə alıb. Qurum rəsmisi deyib ki, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş güləşçi tam sağalaraq məşqlərə başlasa da, son Azərbaycan çempinatında medalçılar sırasında yer almadığı üçün milli komandadan kənarlaşdırılıb: “Ondan sonra idmançıdan xəbərimiz olmayıb. Mahir beynəlxalq arenada bir çox uğura imza atıb. Lakin təəssüf ki, bununla yanaşı, məşqçilər…

Read More
İdman 

Bu gün Azərbaycanı dünyaya tanıtdıran hakimin ad günüdür

Bu gün Azərbaycanın futbol hakimi Tofiq Bəhramovun doğum günüdür. ARANTV.AZ xəbər verir ki, T.Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub. O, AFFA yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Tofiq Bəhramovun 1966–cı ildə İngiltərədə keçirilən 8–ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar “Uembli” stadionuna toplaşmış 98 min tamaşaçının yaddaşına həkk olub və dünya futbol tarixinə qızıl hərflərlə yazılıb. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi…

Read More
İdman 

Ronaldu “Bürc-Xəlifə”də sevgilisinin əksini işıqlandırdı – VİDEO

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu sevgilisi Corciniya Rodrigesin ad gününü xüsusi təntənə ilə qeyd edib. Ulduz futbolçu 28 yaşı tamam olan Corciniya Rodrigesi Dubaydakı “Bürc-Xəlifə” tikilisində təbrik etmək qərarına gəlib. Belə ki, K. Ronaldu “Bürc-Xəlifə”də sevgilisinin əksini işıqlandırıb. “Söz tapmaqda acizəm. Sağ ol, təşəkkür edirəm və bir daha təşəkkür edirəm, Kriştianu. Sən məni hər gün daha da xoşbəxt edirsən”, – supermodel öz sosial şəbəkə hesabında yazıb. Mənbə: Corciniya Rodrigesin “Instagram” səhifəsi

Read More
İdman 

“Land of Fire” komandası Dünya Kubokunda yarımfinala çıxıb – FOTO

İsveçrənin Sankt Morits şəhərində 37-ci qarüstü polo üzrə Dünya Kubokunda iştirak edən Azərbaycanın “Land of Fire” komandasının yarımfinaldakı rəqibi müəyyənləşib. ARANTV.AZ  xəbər verir ki, 6 komanda arasında keçirilmiş ümumilikdə 3 oyunun nəticəsinə əsasən reytinq xalları üzrə yarımfinala vəsiqə qazanan 4 komanda məlum olub. Turun ilk oyununda Azərbaycan təmsilçiləri rəqibə 7:2,5 hesabla qalib gələrək yarımfinala ilk vəsiqə qazanan komanda olub. Turnirin qaydalarına əsasən, ilk günün sonunda qol fərqinə əsasən yarımfinalda iştirak edəcək komandaların rəqibləri reytinq xallarına görə bəlli olub. Elçin Camallının rəhbərlik etdiyi kollektiv finala vəsiqə uğrunda yerli “Badruts Palas” (“Badrutt’s Palace”)…

Read More