İdman 

Minifutbol üzrə Azərbaycan birinciliyi: Son çempion 10:0 hesablı qələbə qazanıb

Minifutbol üzrə Azərbaycan çempionatında II tura start verilib. “Report”un məlumatına görə, ilk gündə dörd oyun keçirilib. Son çempion “Birbaşa” (Bakı) “Atəşgah”ın (Suraxanı) qapısından 10 cavabsız top keçirib. Turun digər dörd qarşılaşması (“Odlar Yurdu” – “Baku Fire”, “Veteran” – “Zirə”, “Turan” – “İnter”, “Qalaxy” – “Sumqayıt”) bu gün keçiriləcək. Azərbaycan çempionatı II tur “Siyəzən” – “Aznur” – 4:5 “Dinamo” (Gəncə) – “Dirçəliş” – 2:1 “Birbaşa” (Bakı) – “Atəşgah” (Suraxanı) – 10:0 “Abşeron” – “Real” (Bakı) – 5:2

Read More
İdman 

Azarkeşlərin Xankəndiyə aparılacağı VAXT DƏQİQLƏŞDİ

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək. APA xəbər verir ki, oyunu canlı izləmək istəyən azarkeşlərin də Bakıdan Xankəndiyə yola düşəcəyi dəqiqləşib. Bununla bağlı “Bakı Metropoliteni”nin iş qrafiki də dəyişdiriləcək. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır. Belə ki, avtobuslar həmin gün səhər saatlarında, daha dəqiq desək, 05:00-da metronun “Koroğlu” stansiyasından Xankəndiyə yola düşəcək.

Read More
İdman 

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasının XVI turunda üç oyun böyük hesabla nəticələnib. Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, eyni turda üç böyükhesablı nəticənin qeydə alınması mövsümün rekordunun təkrardır. “Qarabağ” “Sumqayıt”ı 6:1, “Kəpəz” “Qəbələ”ni 3:0, “Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib. Turun hər günündə bir matçda üç və ya daha çox top fərqi qeydə alınıb. “Qarabağ”la “Kəpəz” rəqib meydanında, “Sabah” isə evdə bu uğura imza atıb. İlk turda da üç fərqli günün hərəsində bir matç belə nəticələnib. Avqustun 4-6-da keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.…

Read More
İdman 

Millimizin kapitanı efirdə anasından danışıb ağladı – VİDEO

Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə İTV-də verilişdə qonaq olarkən həssas anlar yaşanıb. Yığmamızın üzvü futbola gəlməsi ilə bağlı hekayəni danışarkən göz yaşlarına hakim ola bilməyib. O, buna görə mərhum anasına minnətdarlığını bildirib. Qeyd edək ki, S.Cəfərzadə Lənkəranın Veravul kəndindəndir.//İTV

Read More
İdman 

UEFA-dan AFFA-ya 11 min avroluq cərimə – YENİLƏNİB

UEFA Azərbaycanın əsas millisinə görə də AFFA-nı cərimələyib. “Report”un məlumatına görə, buna yığmanın evdə Avstriyaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələ oyunu səbəb olub. Komandanın 5 üzvü sözügedən matçda sarı vərəqə aldığı üçün milli assosiasiya 6000 avro ödəməlidir. Qeyd edək ki, görüş Avstriyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Milli üzvlərindən Coşqun Diniyev, Anton Krivotsyuk, Toral Bayramov, Şahrudin Məhəmmədəliyev və Ramil Şeydayev sarı vərəqə ilə cəzalandırılıblar. 10:44 UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyib. “Report”un əldə etdiyi məlumata görə, buna yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət…

Read More
İdman 

“Qarabağ”ın baş direktoru: “Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”

“Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Emrah Çelikel MOİK-ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsi matçının Xankəndidə təşkil edilməsi variantına münasibət bildirərkən deyib. Klub rəsmisi hələlik bu barədə onlara rəsmi məlumat daxil olmadığını sözlərinə əlavə edib: “Bununla bağlı xəbərləri mən də mətbuatdan oxuyuram. Lakin matçın Xankəndidə baş tutacağı barədə rəsmi məlumat hələ ki yoxdur. Harada çıxış etməyimizdən asılı olmayaraq, hazırlıqlarımızı normal qaydada davam etdiririk”. Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 19-21-də keçiriləcək.

Read More
İdman 

Bakıda FIA-nın Baş Assambleyasının iclasları başlayıb

Bakıda Beynəlxalq Avtomobil Federasiyası (FIA) həftəsi davam edir. Bu gün səhər saatlarından FIA  prezidenti Mohammed Ben Sulayemin iştirakı ilə FIA Baş Assambleyası çərçivəsində iclaslar başlayıb. Qeyd edək ki, FIA həftəsində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları Bakıda bir araya gəliblər. İllik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları…

Read More
İdman 

UEFA “Qarabağ”la oyunda baş verənlərə görə Sloveniya klubunun şikayətini rədd etdi

UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. Qitə futbol qurumunun rəsmi saytı xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb. Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada “Olimpiya” meydana əşyaların atılmasına görə 22 625, komandanın düzgün olmayan davranışına görə isə 4 500 avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “köhlən atlar” turnirin qrup mərhələsinə yüksəlib.

Read More
İdman 

Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan millisi sonuncu oyununu keçirəcək

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək. “Report”un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək. “Dalğa Arena”da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. C Liqasının 3-cü qrupunun digər matçında Kipr millisi Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq. Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.

Read More
İdman 

“Qarabağ”ın Xankəndidəki oyununa azarkeşlər aparılıcaq – QƏRAR VERİLDİ

“Qarabağ”ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsində MOİK-lə Xankəndi şəhərində keçirəcəyi görüşü ilə bağlı bəzi yeniliklər məlum olub. APA xəbər verir ki, bu görüşdə azarkeşlərin iştirakı sual altında idi. Artıq bu məsələyə də aydınlıq gəlib. Xankəndi şəhər stadionunda azarkeşlər də öz yerini tutacaqlar. Bu matça azarkeşlərin aparılmasına da qərar verilib. Amma hələlik azarkeşlərin tam sayı konkretləşməyib. Oyuna nə qədər biletin satışa çıxarılacağı və bunun necə həyata keçiriləcəyi tam dəqiqləşməyib. “Qarabağ” – MOİK qarşılaşmasına bilet satışının yaxın vaxtlarda elan oluna biləcəyi gözlənilir.

Read More